Yəməndə Cənubi Keçid Şurasının rəhbəri Aydros əl-Zubeydi gecə ərzində Ədən limanından qaçaraq Somaliland şəhərinə çatıb.
Gündəm24.az xəbər verir ki, Yəməndə Qanuniliyi Dəstək Koalisiyasının məlumatına görə, Cənubi Keçid Şurasının rəhbəri və Cənubi Yəmənin ayrılmasını dəstəkləyən Aydros əl-Zubeydi gecə ərzində Ədən limanından qaçaraq Somaliland şəhərinə çatıb. Kəşfiyyat məlumatları göstərir ki, Əl-Zubeydi dəniz yolu ilə Somali Federal Respublikasının Somaliland bölgəsinə gedib.
Əl-Zubeydinin oraya çatdıqdan sonra yüksək rütbəli BƏƏ zabiti, general-mayor Əvəd Səid Əl-Əhbabi ilə əlaqə saxladığı bildirilib. O, əvvəlcə müharibə zonalarında, sonra isə Əbu-Dabidəki Əl-Batın Hava Limanına gedən təyyarə ilə daşınıb.
BƏƏ tərəfindən dəstəklənən Əl-Zubeydi bundan əvvəl Cənubi Yəmənin ayrılması və müstəqilliyi üçün iki illik keçid dövrünün başladığını elan etmişdi, bu isə regionda siyasi gərginliyi daha da artırıb.
Sədaqət Həsənova














