Ağ Evin mətbuat katibi Karolin Livittin sözlərinə görə, ABŞ lideri “Amerika Birləşmiş Ştatları üçün ən yaxşı siyasətini həyata keçirəcək”.
Gündəm24.az xəbər verir ki, Ağ Evin mətbuat katibi Karolin Livitt bildirib ki, ABŞ ümid edir ki, Prezident Donald Tramp Venesuelaya qarşı hərəkətlərinə baxmayaraq, Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin ilə şəxsi münasibətlərini davam etdirə biləcək. Livitt vurğulayıb ki, Trampın bu liderlərlə açıq, dürüst və yaxşı əlaqələri mövcuddur və gələcəkdə də davam edəcək.
O əlavə edib ki, ABŞ Venesuelada həyata keçirilən əməliyyatlar çərçivəsində qanunsuz neft daşınmasına qarşı tədbirlər görür və yalnız ABŞ tərəfindən müəyyən edilmiş qanuni ticarətə icazə veriləcək. Livitt həmçinin Trampın Venesuelanın müvəqqəti idarəçiliyini ABŞ-a keçirmək və ABŞ neft şirkətlərinə Karakasdan kompensasiya təmin etmək niyyətində olduğunu açıqlayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın əməliyyatı nəticəsində Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı tutularaq ABŞ-a gətirilib və Nyu-Yorkda məhkəməyə çıxarılıb. ABŞ hakimiyyəti onları narkotik qaçaqmalçılığı ilə əlaqədar ittiham edir, hər iki şəxs isə ittihamları rədd edib.
Sədaqət Həsənova














