Qubernator Mixail Razvojayev vurulan drondan kiçik qalıqların uşaq bağçasının ərazisində tapıldığını qeyd etdi.
Gündəm24.az xəbər verir ki, Ukrayna ordusu Rusiyanın Sevastopol şəhərinə pilotsuz uçuş aparatları ilə hücum etməyə cəhd edib. Hücum nəticəsində iki çoxmənzilli binaya və iki avtomobilə zərər dəyib. Bu barədə şəhərin qubernatoru Mixail Razvojayev məlumat verib.
Onun sözlərinə görə, Ukrayna silahlı qüvvələri gecə saatlarında Sevastopola iki dəfə hücum etməyə çalışıb. Hava hücumundan müdafiə qüvvələri və Qara dəniz donanması ümumilikdə dörd dronu vurub. İlkin məlumatlara əsasən, Balaklava rayonunda iki çoxmənzilli binanın pəncərələri sınıb, bir binanın fasadı zədələnib, həmçinin iki avtomobilə ziyan dəyib.
Razvojayev vurulan dronun kiçik qalıqlarının uşaq bağçasının ərazisində aşkar edildiyini, lakin binanın zərər görmədiyini bildirib. Qubernator hücum nəticəsində ölən və ya yaralanan olmadığını vurğulayıb.
Sədaqət Həsənova














