Nazirlik bildirib ki, Böyük Britaniyanın Moskvadakı müvəqqəti işlər vəkili Danae Dholakiyaya cümə axşamı Rusiyanın səlahiyyətli orqanlarının müvafiq məlumatları əldə etdiyi barədə məlumat verilib.
Gündəm24.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Britaniya səfirliyinin əməkdaşının Böyük Britaniyanın kəşfiyyat xidmətləri ilə əlaqələrinə görə ölkədən çıxarıldığını bildirib. Açıqlamaya görə, həmin şəxsə Rusiya Federasiyasını tərk etmək üçün iki həftə vaxt verilib.
Nazirlik qeyd edib ki, Britaniyanın Moskvadakı müvəqqəti işlər vəkili Danae Dholakiya bu barədə rəsmi şəkildə məlumatlandırılıb və səfirlik əməkdaşı ilə bağlı müvafiq sübutların mövcud olduğu vurğulanıb.
Bildirilib ki, 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 9-cu maddəsinə əsasən diplomatın akkreditasiyası ləğv edilib. Moskva bəyan edib ki, Rusiya ərazisində elan edilməmiş Britaniya kəşfiyyat fəaliyyəti qəbuledilməzdir.
XİN əlavə edib ki, London vəziyyəti gərginləşdirərsə, Rusiya tərəfi cavab tədbirləri görəcək.
Sədaqət Həsənova














