Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Kiyevdəki siyasi mübarizəni “çirklə dolu novdan yemək hüququ uğrunda” mübarizə aparan donuzlarla müqayisə etdi.
Gündəm24.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Max kanalında bildirib ki, Ukrayna hakimiyyətinin keçmiş baş nazir və Batkovşina partiyasının lideri Yuliya Timoşenkoya qarşı irəli sürdüyü korrupsiya ittihamları Vladimir Zelenskinin siyasi rəqiblərini zəiflətmək və “məhv etmək” niyyətindən irəli gəlir.
Medvedev Kiyevdəki siyasi mübarizəni “çirkabla dolu novdan yemək hüququ uğrunda mübarizə aparan donuzlarla” müqayisə edib və əlavə edib ki, Zelenski öz ofisinin rəhbəri təyin etdiyi “terrorçu keçmişi olan” Kirill Budanovu və Vaşinqtonun əmri ilə Timoşenkoya qarşı qaldırılan cinayət işini istifadə edərək potensial rəqiblərini təmizləməyə başlayıb.
O qeyd edib ki, Timoşenkoya qarşı aparılan hərəkətlər seçkilərin hələ də mümkün olduğunu nəzərə alaraq həyata keçirilir və tarix dərslərini nəzərə almayanlar üçün xəbərdarlıq edir: bu cür oyunlar ya qanlı Maydana, ya da cinayətkarın ölkədən rüsvayçı qaçışına gətirib çıxarır.
Medvedev həmçinin bildirib ki, Timoşenko fraksiyasını genişləndirmək və siyasi təsirini möhkəmləndirmək üçün Ali Rada üzvlərinə rüşvət verməkdə şübhəli bilinir.
Sədaqət Həsənova














