Əraqçi: Amerika Təhlükəsizlik Şurasının iclasını keçirməklə cinayətlərini ört-basdır edə bilməz.
Gündəm24.az xəbər verir ki, Xarici İşlər Naziri Quterreşlə söhbətində bildirib ki, İsrailin silahlı terrorçuların təşkilində birbaşa rolu və Amerikanın onlara dəstəyi açıq-aydındır.
ABŞ-ın İrandakı daxili hadisələri müzakirə etmək bəhanəsi ilə BMT Təhlükəsizlik Şurasının iclasını keçirməsi, yayınma istiqamətində atılan addımdır.
Nazir əlavə edib ki, ABŞ Təhlükəsizlik Şurasının iclasını keçirməklə cinayətlərini ört-basdır edə bilməz.
BMT Baş katibi isə vurğulayıb ki, hərbi müdaxilələr də daxil olmaqla, digər ölkələrin daxili işlərinə hər hansı müdaxiləni rədd edirlər və BMT Nizamnaməsinin prinsiplərinə, xüsusən güc tətbiqi və ya təhdidin qadağan olunması prinsipinə hörmətlə yanaşmağın vacibliyini qeyd edib.
Sədaqət Həsənova













