Yenidən yerləşdirmənin ən azı bir həftə çəkəcəyi təxmin edilir.
Gündəm24.az xəbər verir ki, Fox News hərbi mənbələrə istinadən bildirir ki, İranla münasibətlərdə artan gərginlik fonunda Vaşinqton Yaxın Şərqə təyyarədaşıyan gəmilərdən ən azı birini göndərib.
Hazırda məlum deyil ki, mənbələr USS Abraham Lincoln təyyarə gəmisini, yoxsa bu yaxınlarda Norfolk və San Dieqo limanlarından yola düşən digər gəmiləri nəzərdə tuturlar.
Yenidən yerləşdirmənin ən azı bir həftə çəkəcəyi təxmin edilir. Mənbələrdən biri bildirib ki, ABŞ prezidentləri hərbi əməliyyata başlamaq qərarı verərsə, bu, daha fərqli və hücum xarakterli olacaq.
Onun sözlərinə görə, strateqlər İran hökumətinin yaxın günlərdəki hərəkətlərini nəzərə alaraq geniş ssenariləri araşdırırlar.
Həmçinin, İsrail və Yaxın Şərqdəki ABŞ bazalarının müdafiəsini gücləndirmək üçün bölgəyə raketdən müdafiə sistemlərinin yerləşdiriləcəyi gözlənilir.
Sədaqət Həsənova











