Gündəm24.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Kreml İtaliya, Fransa və Almaniyadan Rusiyayla dialoqa ehtiyac duyulması barədə siqnalları qeyd edib və bunu Qərb ölkələrinin mövqelərində müsbət irəliləyiş hesab edir.
O, Avropa liderlərinin, xüsusən Paris, Roma və Berlinin sabitlik üçün Rusiyayla danışmağın vacibliyi barədə açıqlamalarını Kreml vizyonu ilə uyğun sayıb və bunun strateji baxımdan irəliləyiş olduğunu vurğulayıb.
Peskov xatırladıb ki, əvvəllər Avropa paytaxtları Rusiya ilə dialoq ehtimalını istisna edir və yalnız məğlub etməyi vurğulayırdılar, hazırda isə amerikalıların dialoq səylərinin yüksək qiymətləndirildiyini əlavə edib.
Sədaqət Həsənova














