Gündəm24.az xəbər verir ki, Sputnik Ermənistan məlumatına görə: Ermənistan Parlamentinin spikeri Alen Simonyan Türkiyənin xarici işlər naziri Hakan Fidanın Ermənistanın daxili siyasi vəziyyəti və regional inkişaflarla bağlı açıqlamalarına münasibət bildirib.
Simonyan Türkiyənin Ermənistanın daxili işlərinə müdaxilə və ya müəyyən siyasi qüvvələri dəstəkləməsi iddialarını rədd edib, məsələnin əsas məqsədinin ictimaiyyətin sülh tələbini və regional əməkdaşlığın inkişafını dəstəkləmək olduğunu vurğulayıb.
O, Ermənistan cəmiyyətinin sülh və genişləndirilmiş ticarət-iqtisadi əməkdaşlığı dəstəklədiyini bildirərək, Türkiyənin xarici işlər nazirinə və bütün regional tərəfdaşlara minnətdarlığını ifadə edib. Fidan isə Ermənistan və Türkiyə arasındakı münasibətlər çərçivəsində “Zəngəzur dəhlizi”nin əhəmiyyətini vurğulayıb və layihənin Azərbaycanın istəyi doğrultusunda həyata keçirilməli olduğunu qeyd edib.
Sədaqət Həsənova














