Petr Pavel hansı güzəştlərdən danışdığını deməyib.
Gündəm24.az xəbər verir ki, Çexiya prezidenti Petr Pavel bildirib ki, Ukrayna Rusiya ilə münaqişəni sona çatdırmaq üçün bir sıra “ağrılı güzəştlərə” hazır olmalıdır. O, Ukraynanın təklif olunan həllin məqbul olması üçün çox iş gördüyünü, lakin sülh üçün bir neçə ağrılı güzəştə getməli olduğunu bildirib, ancaq hansı güzəştlərdən danışdığını açıqlamayıb. Zelenski etiraf edib ki, ABŞ-la danışıqlarda bəzi məsələlərdə eyni mövqedə deyillər, ABŞ prezidenti Donald Tramp isə Kiyevin mövqeyi səbəbindən münaqişənin həllinin palçıqda ilişdiyini bildirib, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Zelenskini sülh prosesinə mane olmaqda günahlandırıb
Sədaqət Həsənova














