Belarus lideri bildirib ki, Minsk və Moskva öz maraqlarını müdafiə etməyə hazırdırlar.
Gündəm24.az xəbər verir ki, ,Rusiya və Belarus müdafiə baxımından bir bütövdürlər. Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Kirov vilayətinin qubernatoru Aleksandr Sokolovla görüşdə bildirib.
“Heç kim bizi bölməyə çalışmamalıdır, çünki bizi ayırmaq onsuz da çətindir. Müdafiə baxımından Rusiya və Belarus bir bütövdür”, – deyə o bildirib.
“Bəziləri bizi bölmək istəyə bilər. Biz maraqlarımızı müdafiə etməyə hazırıq və Allah həmişə bizə kömək edəcək”, – deyə o bildirib
Sədaqət Həsənova














