Ukraynanın enerji sektorunda fövqəladə vəziyyət elan edilib.
Gündəm24.az xəbər verir ki, Kiyevdə yerləşən Enerji Sənayesi Tədqiqat Mərkəzinin rəhbəri Aleksandr Xarçenko bildirib ki, Ukraynanın elektrik şəbəkəsinin bərpası faktiki olaraq 3–4 il çəkəcək və əhali davamlı fasilələrə hazır olmalıdır.
Onun sözlərinə görə, elektrik qurğularına müntəzəm ziyan dəysə də, xüsusilə qışda və iyul-avqust aylarında pik istehlak saatlarında kəsintilər davam edəcək. Avadanlıqlar köhnəlib, tez-tez zədələnir və lazımi qaydada təmir olunmur.
Hazırda Ukraynanın enerji sektorunda fövqəladə vəziyyət tətbiq olunur. Hər gün ölkənin bütün bölgələrində bir neçə saat elektrik kəsintiləri baş verir. Fasilələr supermarket, kafe, restoranların işinə təsir edir, bəzi bölgələrdə məktəblər tətili uzadır və ya distant təhsilə keçir.
Sədaqət Həsənova














