İranda qalan Azərbaycan vətəndaşları ilə bağlı Tehrandakı səfirlik və Təbrizdəki Baş konsulluq mütəmadi olaraq fəaliyyətdədir.
Gündəm24.az Report-a istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir vurğulayıb ki, İrandakı Azərbaycan vətəndaşları ilə bağlı fəaliyyət bir saat belə dayanmayıb:
“Azərbaycan vətəndaşları orada hansısa çətinliklə üzləşəndə əlaqə nömrələri qeyd olunub. Biz orada hər hansı ciddi problem görmürük, ona görə də məsələ ilə bağlı Səfirlik və Baş konsulluğumuz tam fəaliyyətdədir”.














