Bazar ertəsi, İyul 13, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Təyyarəmizin qəzaya uğramasından 18 il keçir – FOTO

29/01/2026 16:25
Gündəm
68 3
Təyyarəmizin qəzaya uğramasından 18 il keçir – FOTO
90
Baxış sayı

2008-ci il yanvarın 29-da Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.

Gündəm24.az-ın xəbərinə görə, Oxu.Az xatırladır ki, qəza nəticəsində təyyarəni idarə edən hər iki pilot Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak olub.

Hacı Zeynalabdin qəsəbəsindəki hərbi bazadan təlim uçuşu üçün havaya qalxan MiQ-29 markalı döyüş təyyarəsi sahildən altı kilometr uzaqlıqda dənizə düşüb. Həmin gün Azərbaycan şahinləri – kapitan Əfqan Aslanov və polkovnik-leytenant Fəxrəddin Əsgərov qəzaya uğrayan təyyarəni yaşayış məntəqələrindən mümkün qədər uzaqlaşdıraraq dənizə salmaqla baş verə biləcək daha dəhşətli faciənin qarşısını ala biliblər.

MiQ-29 təyyarəsinin təlim uçuşu zamanı qəzaya uğramasından 18 il keçir

Təyyarənin qalıqları və pilotlardan Əfqan Aslanovun cəsədini dənizin dibindən bir ay sonra çıxarmaq mümkün olsa da, Fəxrəddin Əsgərovun nəşini tapmaq mümkün olmayıb.

Bacısı Kəmalə Vahidovanın sözlərinə görə, Əfqanın nəşi 29 gündən sonra tapılıb:

“Təyyarə havaya qalxdığı yerdən xeyli uzaqda, dənizin dibinə çox dərinə batmış halda tapılıb. Əfqanın cəsədi təyyarədə olub. Zərblə yerə çırpıldığı üçün bədənində sınmayan sümük qalmamışdı. Təyyarənin dəmirləri bütün bədənini doğramışdı. Üstəlik, cəsəd suda qaldığından tanınmaz vəziyyətə düşmüşdü. Digər pilot – Fəxrəddin Əsgərov isə deyilənə görə, son məqamda təyyarədən tullanıb. Amma onun da bu günədək nə ölüsü, nə dirisi tapılıb”.

MiQ-29 təyyarəsinin təlim uçuşu zamanı qəzaya uğramasından 18 il keçir

Qeyd edək ki, hadisədən 14 il sonra Fəxrəddin Əsgərova şəhidlik statusu verilib.

F.Əsgərov 31 yaşında polkovnik-leytenant rütbəsinə yüksəlib. Dövründə keçirilən hərbi paradların təşkilində yüksək fəallıq göstərən, Azərbaycan bayrağını Vətən səmasına çəkən ilk pilotlarımızdan olub. O, həm də dövrünün ən çox uçuş saatı olan pilotu olub. Xidmət müddətində, 24 iyun 2003-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə “Hərbi xidmətlərə görə”, 25 iyun 2006-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin adından, Azərbaycan Respublikası müdafiə nazirinin əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalları ilə təltif olunub.

Oxşarxəbərlər

İki qonşuda savaş – sərhədlər BU TARİXƏDƏK açılmayacaq
Gündəm

İki qonşuda savaş – sərhədlər BU TARİXƏDƏK açılmayacaq

11/07/2026 08:49
57
“WhatsApp”dan yeni funksiya: Artıq özü xatırladacaq
Gündəm

“WhatsApp”dan yeni funksiya: Artıq özü xatırladacaq

10/07/2026 22:50
54
“Arzum9999” üçün imza toplanır – Azadlığa buraxılacaq?
Gündəm

“Arzum9999” üçün imza toplanır – Azadlığa buraxılacaq?

09/07/2026 11:45
65
Ana cəza çəkirsə, uşaqların himayəsini kim üzərinə götürür? – HÜQUQİ İZAH
Gündəm

Ana cəza çəkirsə, uşaqların himayəsini kim üzərinə götürür? – HÜQUQİ İZAH

03/07/2026 15:49
59
Arzumun rəfiqəsindən ŞOK AÇIQLAMA: “Ətrafındakı məxluqlar onu bu günə qoydu!”
Gündəm

Arzumun rəfiqəsindən ŞOK AÇIQLAMA: “Ətrafındakı məxluqlar onu bu günə qoydu!”

03/07/2026 15:45
57
“Heç bir barışıq olmayacaq, cəzanın artırılmasını istəyirik” – Amalın bacısı
Gündəm

“Heç bir barışıq olmayacaq, cəzanın artırılmasını istəyirik” – Amalın bacısı

03/07/2026 13:47
62

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Argentina qalib gəlir – CANLI – YENİLƏNİR

Argentina qalib gəlir – CANLI – YENİLƏNİR

12/07/2026 07:33
53
ABŞ İrana növbəti hücuma BAŞLADI

ABŞ İrana növbəti hücuma BAŞLADI

12/07/2026 05:33
55
İspaniyada taxt-tacın varisi hərbi xidmətini başa vurdu – FOTO

İspaniyada taxt-tacın varisi hərbi xidmətini başa vurdu – FOTO

12/07/2026 01:15
54
Prezidentin yaşlı qadına səmimi vədi – “100 olanda gəlib qeyd edəcəyik”

Prezidentin yaşlı qadına səmimi vədi – “100 olanda gəlib qeyd edəcəyik”

12/07/2026 00:04
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

10/07/2026 09:29
68

Qərbi Azərbaycanın unudulmayan irsi – Qafan qalasının tarixi

Qərbi Azərbaycanın unudulmayan irsi – Qafan qalasının tarixi

09/07/2026 09:47
73

Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

08/07/2026 10:03
78

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

07/07/2026 13:08
71

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In