Yeni Zelandiya ABŞ Prezidenti Donald Trampın Qəzzaya yönəlmiş “Sülh Şurası”na dəvətini rədd edib. Vellinqton hökuməti təşəbbüsün məqsədi və Birləşmiş Millətlər Təşkilatı ilə əlaqəsi ilə bağlı ciddi qeyri-müəyyənliklərin olduğunu bildirib.
Gündəm24.az xəbər verir ki, Xarici agentliklərin məlumatına görə, Yeni Zelandiyanın Baş naziri Kristofer Lukson ölkəsinin ABŞ Prezidenti Donald Tramp tərəfindən yaradılan Sülh Şurasında hazırkı formada iştirak etməyəcəyini təsdiqləyib. Hökumət şuranın əhatə dairəsi və gələcək rolu ilə bağlı kifayət qədər aydınlığa malik olmadığını bildirib. Lukson qeyd edib ki, hökumət Prezident Trampın dəvətini nəzərdən keçirib və Sülh Şurasında hazırkı formada iştirak etməmək qərarına gəlib. Qərarın koalisiya hökumətini təşkil edən hər üç partiya tərəfindən dəstəkləndiyi bildirilib. Xarici İşlər Naziri Uinston Peters əlavə edib ki, komitə yalnız BMT Nizamnaməsinə uyğun və onu tamamlayıcı olduğu təqdirdə mənalı olacaq.
Sədaqət Həsənova














