Ermənistan Baş naziri Nikol Paşinyan və Belarus Prezidenti Aleksandr Lukaşenko əl sıxıblar.
Gündəm 24.az xəbər verir ki, bu barədə Belarusun “Pul Pervoqo” Teleqram kanalı məlumat yayıb.
Bu, hər ikisinin Qlobal Atom Forumunda iştirak etdiyi Moskvada baş verib.

Qeyd edək ki, Paşinyanla Lukaşenko arasında münasibətlər uzun müddətdir gərgindir və bunu Ermənistan baş nazirinin Belarusda keçirilən tədbirlərə heç bir rəsmi nümayəndə heyəti göndərməməsi də sübut edir.














