Bu gün saat 09:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu İdrak liseyindən çağırış qeydə alınıb.
Gündəm24.az bildirilir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1997-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Odlu silahdan açılan atəşlə zədələnmə diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, müvafiq laborator və instrumental müayinələr aparılıb.
Hazırda onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.
11:02
Xəbər verdiyimiz kimi, “İdrak” liseyində şagird müəllimini güllələyib.
Gündəm24.az bildirir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, xəsarət alan qadın riyaziyyat müəllimi Ş.K Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Vəziyyəti ilə bağlı yaxın dəqiqələrdə açıqlama veriləcək.














