NATO rəhbərliyi deyir ki, bir neçə min dollarlıq rus dronlarını yüz minlərlə və ya milyonlarla dollar dəyərindəki raketlərlə məhv etməyə imkan yoxdur və bu sahədə daha səmərəli həllər axtarılır.
Gündəm24.az xəbər verir ki, Mark Rutte bildirib ki, qərb hərbi qüvvələri dronlara qarşı mübarizədə Ukraynanın təcrübəsindən faydalanır və yaxın həftələrdə dronlara qarşı yeni texnologiyaların tətbiqinə başlamağı planlaşdırır. Onun sözlərinə görə, bu cür təcrübə paylaşımı və texnoloji yeniliklər dron təhdidlərinə daha sərfəli və effektiv cavab verməyə imkan yaradacaq.
Əli Səfərli,
Gündəm24.az














