Bazar, Aprel 26, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Emin Hüseynovun qadın paltarında qaçışı ilə bağlı İNANILMAZ DETALLAR

16/02/2026 00:43
Gündəm
44 3
Emin Hüseynovun qadın paltarında qaçışı ilə bağlı İNANILMAZ DETALLAR
59
Baxış sayı

Münhendə Birinci vitse-prezident Mehriban Əliyevaya sual verən Emin Hüseynovun “Qadın paltarında səfirlikdə gizlənən insan sizsiniz? Sizə can sağlığı arzulayıram” sual-cavabla qarşılaşması onun üçün gözlənilməz olduğu kimi, 2014-cü il hadisələrini də gündəmə gətirdi.

Gündəm24.az  xəbər verir ki, bu barədə politoloq Asif Nərimanlı sosial şəbəkə hesabında paylaşım edib.

Xarici qrantların alınmasında hesabatlılıq məsələsi qanunda sərtləşdirildikdən sonra həmin vaxt, xüsusilə Soros şəbəkəsi ilə bağlı bir qrup QHT-nin vergidən yayınması ortaya çıxdı. Buna paralel olaraq, eyni şəbəkəyə daxil olan təşkilatların “xalq diplomatiyası” adı altında erməni xüsusi xidmət orqanları ilə əməkdaşlığı məsələsi gündəmə gəlmişdi. Bu, Azərbaycan dövlətinin istəyi ilə keçirilən “xalq diplomatiyası” yox, Qarabağda işğala əsaslanan status-kvonun qorunması riskini yaradan, xüsusilə Qərbdə dəstəklənən siyasət idi. Çoxvektorlu aparılan prosesdə bu hədəfi aydın seçmək çətin olurdu, çünki əsas vitrin kimi “insan haqları və demokratiya”, “media azadlığı” prinsiplərindən istifadə edilirdi və işğalı legitimləşdirməyə hesablanmış “xalq diplomatiyası” da “demokratiya uğrunda mübarizə” olaraq təqdim olunurdu.

Həmin təşkilatların fəaliyyətinin təftiş edilməsi də onlar üzərindən Azərbaycanda öz maraqlarına uyğun siyasəti maliyyələşdirən Soros şəbəkəsi, eləcə də maraqlı ölkələr, həmçinin, Ermənistan və erməni diasporu/lobbisini narahat edirdi. Azərbaycanla bağlı demokratiya çağırışlarının arxasında da bu və ya digər formada hər zaman Qarabağ məsələsinin dayanması faktı mövcud olub. Bununla bağlı açıq mənbələrdə kifayət qədər məlumatlar mövcuddur, həmçinin, “demokratiya, insan haqları” profilli təşkilatlar/şəxslərin erməni şəbəkələri ilə bu və ya digər formada əlaqəli olması, yaxud yollarının kəsişməsi diqqəti bura yönəldib. Misal üçün, 2014-cü il hadisələrində həbs olunan, daha sonra ölkəni tərk edən Leyla və Arif Yunuslar bunun ən real nümunələrindəndir.

– Leyla Yunus Azərbaycandan gedəndən sonra erməni hüquq müdafiəçisi Süzanna Barseqyanla birlikdə “İctimai dialoq” saytını yaratdı və “Azərbaycanda siyasi məhbuslar” adlı siyahı hazırladı;
– Arif Yunus dəfələrlə “Qarabağ münaqişəsinin həlli Azərbaycanda demokratiyanın qurulmasından keçir” çıxışları edib;
– AŞPA-nın 2019-cu il yaz sessiyasında Nikol Paşinyanın “Azərbaycan hakimiyyəti Ermənistanla sülh istəmir” tezisi digər zalda keçirilən ictimai təşkilatların müzakirəsində Leyla Yunus tərəfindən “İlham Əliyev Ermənistanla sülh istəmir” formasında səsləndirilirdi;

Belə nümunələr kifayət qədərdir. 2014-cü ildə bu şəbəkənin sıradan çıxarılması prosesində təkcə Emin Hüseynov İsveçrə səfirliyində gizlənməklə yayına bildi. Onun qaçışının tək səbəbi isə qadın paltarında gizlənməsi yox, həm də arxasındakı qüvvələr idi.

E.Hüseynov “amerikalı hərbçi xanımla” evli olub. Bu xanımın kimliyi dəqiq bilinməsə də, məşhur Rebecca Vinsentin rəfiqəsi olduğu haqda məlumatlar var. ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı olmuş Vinsentin “Miledi” ləqəbli kəşfiyyatçı olduğu deyilir. 2012-ci ildə Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsində “Demokratiya naminə oxu” kampaniyasının təşkilində iştirakına görə ölkədən çıxarıldı. Daha sonra əsas fəaliyyətini Azərbaycana qarşı kampaniyaların təşkili istiqamətində qurdu. Hüseynovun şəbəkəyə daxil olmasında da Vinsentin rolu böyük olub.

Hüseynovun kömək istəyi ABŞ səfirliyi tərəfindən “amerikalı xanımla evli” olduğuna görə geri çevrilsə də, əslində onun İsveçrə səfirliyinə sığına bilməsinin arxasında Vinsentin timsalında amerikalıların rolu istisna edilmirdi. İki amil də bu fikri gücləndirirdi.

Birincisi, Hüseynovun ABŞ səfirliyi tərəfindən qəbul edilməsi Vaşinqton-Bakı xəttinə problemlər yaradacağı üçün missiyanı İsveçrə səfirliyi üzərinə götürdü.

İkincisi, İsveçrə həmin il ATƏT-ə sədrlik edirdi və “xalq diplomatiyasının genişlənməsi üçün Azərbaycan və Ermənistan ictimaiyyətinə lazımi dəstək verəcəyik” bəyanatı ilə izlədiyi siyasi xətti elan etmişdi. Vergidən yayınan təşkilatların həm də məlum “xalq diplomatiyası”nı həyata keçirməsi, buna görə qrant alması fonunda da Hüseynovun İsveçrə səfirliyinə sığınması təsadüfi deyildi.

Səfirlikdə 10 qalan Hüseynov rəsmi Bakı ilə danışıqlardan sonra isveçrəli diplomat Didye Burkhalterin təyyarəsində ölkəni tərk etdi. Bu faktlar Hüseynovun arxasında xarici qüvvənin dayandığını və xidmətləri qarşılığında belə münasibət gördüyünü təsdiq edir. Eyni xidmətləri bu gün də davam edir. 44 günlük müharibə zamanı ordumuz haqqında dezinformasiyaların yayılması, müharibədən sonra Azərbaycan Silahlı Qüvvələrini AŞPA-ya şikayət etməsi, Azərbaycana qarşı qətnamələrin qəbuluna çalışması da belə “xidmətlər” sırasındadır. Bu kontekstdə Hüseynovun Azərbaycan Prezidentinə və Birinci vitse-prezidentə ünvanladığı “suallar” əslində xidmət etdiyi qüvvələrin sifarişi idi, hərçənd, Mehriban Əliyevanı cavabı onun üçün “soyuq duş” effekti yaratdı.

Oxşarxəbərlər

Polkovnikdən TƏBİB sədrinə ŞOK SÖZLƏR – “Bunu təhqir hesab edirəm”
Gündəm

Polkovnikdən TƏBİB sədrinə ŞOK SÖZLƏR – “Bunu təhqir hesab edirəm”

25/04/2026 15:35
58
XİN-dən İrəvanda Türkiyə bayrağının yandırılmasına reaksiya
Gündəm

XİN-dən İrəvanda Türkiyə bayrağının yandırılmasına reaksiya

24/04/2026 12:54
56
Ərdoğan göz yaşlarını saxlaya bilmədi – VİDEO
Gündəm

Ərdoğan göz yaşlarını saxlaya bilmədi – VİDEO

24/04/2026 10:33
56
Həbsdən çıxan cərrahdan Prezidentə müraciət – “Məhkəmə qanunsuz qərar qəbul etdi” – VİDEO
Gündəm

Həbsdən çıxan cərrahdan Prezidentə müraciət – “Məhkəmə qanunsuz qərar qəbul etdi” – VİDEO

24/04/2026 09:57
56
Rusiya daha bir ölkə ilə müharibə ərəfəsindədir
Gündəm

Rusiya daha bir ölkə ilə müharibə ərəfəsindədir

24/04/2026 07:46
58
TƏCİLİ! Sahil Babayevə yeni vəzifə verildi – FOTO
Gündəm

TƏCİLİ! Sahil Babayevə yeni vəzifə verildi – FOTO

23/04/2026 21:05
56

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Çoxmərtəbəli binalarda kombiyə icazə verilməyəcək

Çoxmərtəbəli binalarda kombiyə icazə verilməyəcək

25/04/2026 23:04
52
Röyanın keçmiş ərindən ilginc etiraf: 3 evliliyinin də uğursuz olmasının səbəbi…

Röyanın keçmiş ərindən ilginc etiraf: 3 evliliyinin də uğursuz olmasının səbəbi…

25/04/2026 22:13
52
SON DƏQİQƏ! Zaur Kamal efirə qayıdır – Özündən açıqlama

SON DƏQİQƏ! Zaur Kamal efirə qayıdır – Özündən açıqlama

25/04/2026 22:00
52
Daha bir tiktoker həbs olundu

Daha bir tiktoker həbs olundu

25/04/2026 21:44
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Təcili: Danimarkada dəmir yolu faciəsi – yaralıların sayı artır

Təcili: Danimarkada dəmir yolu faciəsi – yaralıların sayı artır

23/04/2026 09:30
76

Təcili: Hörmüzdə gərginlik pik həddə – tankerlər geri dönür

Təcili: Hörmüzdə gərginlik pik həddə – tankerlər geri dönür

23/04/2026 09:19
67

Hörmüz boğazında GƏRGİNLİK: konteyner gəmisinə hücum

Hörmüz boğazında GƏRGİNLİK: konteyner gəmisinə hücum

22/04/2026 10:24
77

SAKİNLƏR TƏHLÜKƏDƏ: dron zərbəsi ciddi fəsadlar yaratdı

SAKİNLƏR TƏHLÜKƏDƏ: dron zərbəsi ciddi fəsadlar yaratdı

22/04/2026 07:13
67

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.