Bazar, İyul 12, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Həbs ediləcəyi deyilən Vüqar Qurbanov haqda mühüm gəlişmə – “Ciddi məqamlar var”

18/02/2026 16:51
Gündəm
51 3
Həbs ediləcəyi deyilən Vüqar Qurbanov haqda mühüm gəlişmə – “Ciddi məqamlar var”
68
Baxış sayı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) baş verən son dəyişikliklər səhiyyə sistemində yeni və daha dərin proseslərin anonsu kimi qiymətləndirilir. Vüqar Qurbanovun TƏBİB-in icraçı direktoru vəzifəsindən azad edilməsi rəsmi açıqlamalarda “adi qərar” kimi təqdim edilsə də, kulis məlumatları tamamilə fərqli mənzərədən xəbər verir. Xüsusilə Modern.az saytının sabiq rəhbərin yaxın günlərdə həbs olunacağı ilə bağlı iddiası gündəmi daha da qızışdırıb.

Rəsmi qurumlar hələlik detalları açıqlamasa da, yayılan məlumatlar bunun sadə kadr dəyişikliyi olmadığını göstərir. İddialar maliyyə intizamı, satınalmalar və idarəetmə mexanizmləri ətrafında mümkün hüquqi araşdırmaların aparıldığını önə çəkir. Bütün bunlar isə Vüqar Qurbanovun vəzifədən uzaqlaşdırılmasının səhiyyə sistemində daha ciddi proseslərin başlanğıcı ola biləcəyi ehtimalını gücləndirir.

İndiki məqamda Vüqar Qurbanov həbs oluna bilərmi?

Globalinfo.az-a danışan vəkil Rəsul Cəfərov deyib ki, Vüqar Qurbanovun həbs olunacağına dair rəsmi məlumat yoxdur:

“Hər hansı hüquqpozma və ya qanun pozuntusu baş veribsə, rəsmi qaydada ittiham irəli sürülməlidir. Bu mərhələdə qətimkan tədbiri məsələsi də həll olunur. Qətimkan tədbiri qismində həbs, ev dustaqlığı və ya qanunvericilikdə nəzərdə tutulmuş digər alternativ tədbirlər tətbiq edilə bilər.

resul ceferov vekil

Rəsul Cəfərov

Şəxs barəsində ittiham irəli sürülsə, onun haqqında həbs, ev dustaqlığı və ya digər məhdudlaşdırıcı tədbirlərin seçilməsi məsələsinə qanun çərçivəsində baxılacaq”.

Siyasi şərhçi Şakir Ağayevin sözlərinə görə isə, məsələ Vüqar Qurbanovun vəzifədən azad edilməsi ilə məhdudlaşmır:

“İddialara görə, burada daha ciddi məqamlar və araşdırılmalı proseslər var. Hətta mediada milyonlarla, yüz milyonlarla manat həcmində rəqəmlər səsləndirilir. Ümumilikdə TƏBİB-də ciddi çatışmazlıqların olduğu sirr deyil. İstər tenderlərin təşkili, istər maliyyə idarəçiliyi, istərsə də ümumi idarəetmə mexanizmləri baxımından problemlər açıq şəkildə müşahidə olunur. Təsəvvür edin, vətəndaşların sığortadan istifadə etməsi üçün günlərlə gözləməsi, bir analiz, USM və ya digər müayinədən keçmək üçün bir neçə dəfə tibb müəssisəsinə müraciət etməsi sistemin səmərəsiz işlədiyini göstərir. Elektron növbə mexanizmlərinin tam tətbiq olunmaması, insanların vaxt itkisi ilə üzləşməsi, təcili tibbi yardım və digər xidmət sahələrində yaşanan çətinliklər idarəetmədə ciddi boşluqlardan xəbər verir”.

sakir agayev

Şakir Ağayev

Ş.Ağayev deyib ki, müxtəlif mənbələrdə 260 milyon manata yaxın vəsaitdən danışılır:

“Lakin bu iddiaların doğru olub-olmadığını yalnız hüquq-mühafizə orqanlarının araşdırması müəyyən edə bilər. Əgər iddialar sübuta yetirilərsə, söhbət kifayət qədər böyük məbləğlərdən getdiyi üçün hüquqi məsuliyyət, o cümlədən həbs qərarı da istisna edilmir”.

Siyasi şərhçinin fikrincə, problemlər təkcə kadr dəyişikliyi ilə həll olunmur:

“Ramil Bayramlıdan sonra Vüqar Qurbanovun təyinatı da sistemdə əsaslı dönüş yaratmadı. Deməli, məsələ şəxslərin dəyişdirilməsi deyil, sistemli və dərin islahatların aparılmasıdır. Müasir dövrdə elektron hökumət platformalarının genişləndiyi, rəqəmsallaşma və süni intellekt tətbiqlərinin sürətlə inkişaf etdiyi bir vaxtda minlərlə insanın növbələrdə saatlarla gözləməsi qəbulolunan deyil. Səhiyyə sistemi köklü şəkildə yenilənməli, müasir idarəetmə prinsiplərinə uyğunlaşdırılmalı və effektiv nəzarət mexanizmləri formalaşdırılmalıdır. Yalnız bu halda real və davamlı dəyişikliklərə nail olmaq mümkündür”.

Oxşarxəbərlər

İki qonşuda savaş – sərhədlər BU TARİXƏDƏK açılmayacaq
Gündəm

İki qonşuda savaş – sərhədlər BU TARİXƏDƏK açılmayacaq

11/07/2026 08:49
57
“WhatsApp”dan yeni funksiya: Artıq özü xatırladacaq
Gündəm

“WhatsApp”dan yeni funksiya: Artıq özü xatırladacaq

10/07/2026 22:50
54
“Arzum9999” üçün imza toplanır – Azadlığa buraxılacaq?
Gündəm

“Arzum9999” üçün imza toplanır – Azadlığa buraxılacaq?

09/07/2026 11:45
63
Ana cəza çəkirsə, uşaqların himayəsini kim üzərinə götürür? – HÜQUQİ İZAH
Gündəm

Ana cəza çəkirsə, uşaqların himayəsini kim üzərinə götürür? – HÜQUQİ İZAH

03/07/2026 15:49
59
Arzumun rəfiqəsindən ŞOK AÇIQLAMA: “Ətrafındakı məxluqlar onu bu günə qoydu!”
Gündəm

Arzumun rəfiqəsindən ŞOK AÇIQLAMA: “Ətrafındakı məxluqlar onu bu günə qoydu!”

03/07/2026 15:45
57
“Heç bir barışıq olmayacaq, cəzanın artırılmasını istəyirik” – Amalın bacısı
Gündəm

“Heç bir barışıq olmayacaq, cəzanın artırılmasını istəyirik” – Amalın bacısı

03/07/2026 13:47
62

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Argentina qalib gəlir – CANLI – YENİLƏNİR

Argentina qalib gəlir – CANLI – YENİLƏNİR

12/07/2026 07:33
51
ABŞ İrana növbəti hücuma BAŞLADI

ABŞ İrana növbəti hücuma BAŞLADI

12/07/2026 05:33
55
İspaniyada taxt-tacın varisi hərbi xidmətini başa vurdu – FOTO

İspaniyada taxt-tacın varisi hərbi xidmətini başa vurdu – FOTO

12/07/2026 01:15
53
Prezidentin yaşlı qadına səmimi vədi – “100 olanda gəlib qeyd edəcəyik”

Prezidentin yaşlı qadına səmimi vədi – “100 olanda gəlib qeyd edəcəyik”

12/07/2026 00:04
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

10/07/2026 09:29
68

Qərbi Azərbaycanın unudulmayan irsi – Qafan qalasının tarixi

Qərbi Azərbaycanın unudulmayan irsi – Qafan qalasının tarixi

09/07/2026 09:47
72

Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

08/07/2026 10:03
78

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

07/07/2026 13:08
71

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.