Çərşənbə, Sentyabr 23, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Moskvada Leyla Əliyeva adından iftar verildi – FOTOLAR

25/02/2026 09:16
Gündəm
829 9
Moskvada Leyla Əliyeva adından iftar verildi – FOTOLAR
693
Paylaşım sayı
963
Baxış sayı

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi adından iftar verilib.

Gündəm24.az  xəbər verir ki, 1500 nəfərdən çox insanın iştirak etdiyi iftar süfrəsi, Moskva müsəlmanları Ruhani İdarəsinin təşkilatçılığı və Rusiya müsəlmanları Ruhani İdarəsi və Moskva hökumətinin dəstəyi ilə “Poklannaya qora”da qurulan Ramazan çadırında keçirilən “Azərbaycan axşamı” çərçivəsində baş tutub.

Tədbir zamanı Azərbaycanın azad edilmiş ərazilərində Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən Qarabağ məscidlərinin bərpasından bəhs edən fotosərgi nümayiş olunub.

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin direktor müavini Nazim İsmayıl-zadə tədbir iştirakçılarına Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın salamlarını və təbriklərini çatdırıb. O, Moskvada Ramazan çadırında Azərbaycan axşamlarının keçirilməsinin yaxşı bir ənənəyə çevrildiyini qeyd edib.

“Heydər Əliyev Fondu mədəniyyətin və humanitar məsələlərin inkişafına, eləcə də Azərbaycanın azad edilmiş ərazilərində məscidlərin bərpasına böyük diqqət yetirir, hansı ki, bu axşam qonaqlar sərgidə tanış ola biləcəklər”, – deyə o vurğulayıb.

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyinin Humanitar Proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova müqəddəs Ramazan ayında iftarların təşkilinə göstərdiyi diqqət və dəstəyə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürünü bildirib. O, Ramazan ayının mənəvi dəyərlərin möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib: “Ramazan ayı mərhəmət, saflaşma və xeyirxah əməllər, insanın xüsusilə başqalarına kömək etmək ehtiyacı hiss etdiyi bir dövrüdür”.

Azərbaycan Rusiyadakı səfirliyinin müşaviri Yusif Vəzirov mərasimdə çıxış edərək səfir Rəhman Mustafayevin təbriklərini çatdırıb.

Moskva müftisinin müavini Marat Arslanov isə bildirib ki, Azərbaycan axşamını “Ramazan Çadırı” çərçivəsində qeyd etmək çoxillik yaxşı bir ənənəyə çevrilib və bu, mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə töhfə verir: “Mən bu layihədə 2006-cı ildən, yarandığı gündən bəri iştirak edirəm və uzun illərdir ki, Heydər Əliyev Fondu ilə birlikdə və Fondun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Azərbaycan mədəniyyətinə və Azərbaycan xalqının adət-ənənələrinə həsr olunmuş axşam keçiririk. Sevindirici haldır ki, bu il yenidən görüşmək, birlikdə iftar açmaq və qonaqlarımız üçün hazırlanmış mədəni proqramdan zövq almaq imkanı əldə edirik”, – deyə o bildirib.

Tədbirdə “Ramazan çadırı”nın təşkilatçıları adından Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinə təşəkkürnamə təqdim edilib.

Daha sonra din xadimi tərəfindən azan oxunub, Moskva müsəlmanları iftar açıblar. Onlara Azərbaycan mətbəxinin milli nümunələri təqdim olunub.

Tədbirin sonunda mədəni proqram təşkil olunub. Müsəlman Uşaq Məktəbinin şagirdləri tədbir iştirakçıları qarşısında çıxış ediblər, ardınca isə “Buta Trio”nun konserti qonaqları Azərbaycanın zəngin musiqi irsi ilə tanış edib.

Qeyd edək ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi artıq 19-cu ildir ki, Moskvada təşkil olunan “Ramazan çadırı” layihəsində iştirak edir. “Ramazan çadırı” Rusiya Müftiləri Şurasının Moskvada yaşayan və İslam dininə ibadət edən çoxsaylı xalqların nümayəndələrini birləşdirən və onlar arasındakı əlaqələri möhkəmləndirmək məqsədi ilə həyata keçirilən vacib layihədir. Bu il ki, “Ramazan çadırı” layihəsi “Gələcəyin mədəni kodu” devizi altında keçirilir. Layihədə Azərbaycanla yanaşı Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı, İran, MDB ölkələri və Rusiyanın müxtəlif regionları da daxil olmaqla təxminən on ölkədən nümayəndələr iştirak edir.

tk 2 tk 3 tk 4 tk 5 tk 6 tk 7

Oxşarxəbərlər

“Onlar üçün ən qiymətli iki məsələ var idi” – VİDEO
Gündəm

“Onlar üçün ən qiymətli iki məsələ var idi” – VİDEO

22/09/2026 22:11
956
Prezidentin sosial media hesablarında VİDEOÇARX paylaşıldı
Gündəm

Prezidentin sosial media hesablarında VİDEOÇARX paylaşıldı

22/09/2026 21:47
955
İlham Əliyevdən iqtisadiyyatla bağlı mühüm mesajlar: yeni sənaye mərhələsi başlayır
Gündəm

İlham Əliyevdən iqtisadiyyatla bağlı mühüm mesajlar: yeni sənaye mərhələsi başlayır

22/09/2026 20:25
960
Azərbaycan İrana uçuşları dayandırıb? – RƏSMİ AÇIQLAMA
Gündəm

Azərbaycan İrana uçuşları dayandırıb? – RƏSMİ AÇIQLAMA

22/09/2026 18:22
956
Emin Əmrullayev “Gələcəyi Birlikdə Qurmaq naminə Tərəfdaşlıq” tədbirində iştirak edib – FOTO
Gündəm

Emin Əmrullayev “Gələcəyi Birlikdə Qurmaq naminə Tərəfdaşlıq” tədbirində iştirak edib – FOTO

22/09/2026 18:05
953
Hökumət Evində yerləşən dövlət qurumları ilə bağlı qərar
Gündəm

Hökumət Evində yerləşən dövlət qurumları ilə bağlı qərar

22/09/2026 17:08
966

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Günün qoroskopu: Səbrinizi SINAYACAQ bir vəziyyət

Günün qoroskopu: Səbrinizi SINAYACAQ bir vəziyyət

23/09/2026 01:48
963
Səfirliyimizdən müraciət: İrandan qayıtmaq istəyənlər DİQQƏT!

Səfirliyimizdən müraciət: İrandan qayıtmaq istəyənlər DİQQƏT!

23/09/2026 01:11
956
Rusiya azərbaycanlı aparıcıya qadağa qoydu

Rusiya azərbaycanlı aparıcıya qadağa qoydu

23/09/2026 00:48
976
Hörmüzdə gecə saatlarında DƏHŞƏT — Ölənlər var

Hörmüzdə gecə saatlarında DƏHŞƏT — Ölənlər var

23/09/2026 00:18
970

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

22/09/2026 08:17
975

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
963

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
961

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.