Cümə axşamı, Fevral 26, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Saleh Məmmədovun fəaliyyəti araşdırılır: Qızılı kilo ilə alırmış – ŞOK İDDİA

26/02/2026 22:16
Gündəm
37 3
Saleh Məmmədovun fəaliyyəti araşdırılır: Qızılı kilo ilə alırmış – ŞOK İDDİA
50
Baxış sayı

Azərbaycan Avtomobill Yolları Dövlət Agentliyində (AAYDA) yoxlamalar aparılır.

Yerli medianın yazdığına görə, yoxlamalar hələ ötən ilin dekabrından başlayıb və Saleh Məmmədovun AAYDA-nın İdarə Heyətinin sədri olduğu bütün dövrü əhatə edir.

Gündəm24.az  xəbər verir ki, “AzPolitika”ya özəl mənbələrdən məlum olub ki, Saleh Məmmədov vəzifədə olduğu illərdə “Gənclik” metrosu yaxınlığındakı “Caspian” ticarət mərkəzində yerləşən bahalı qızıl mağazalarının daimi və ən sanballı müştərisi olub.

Onun bu mağazalardan əsasən ən bahalı 999 əyarlı qızıl aldığı bildirilir. Bu qızılın 1 qramının qiyməti hazırda təxminən 250 dollara yaxındır. Qızıl satanlar S.Məmmədovu xüsusi olaraq ona görə yaxşı tanıyıb və sanballı müştəri hesab ediblər ki, AAYDA sədri bu bahalı qızılı qramla deyil, kilo ilə alırmış. Hətta buna görə ona “kilo Saleh” də deyirlərmiş. Dünya bazarında qızılın sürətlə bahalaşdığını nəzərə alsaq, sabiq məmurun nə qədər “uzaqgörən” olduğuna bir daha əmin olarıq…

Yerli mediada gedən məlumatda isə bildirilir ki, Saleh Məmmədovun fəaliyyətilə bağlı yoxlamalar hələ bir müddət davam edəcək. Buna baxmayaraq, artıq maliyyə pozuntuları ilə bağlı ciddi faktlar aşkar edilib.

İddialara görə, bu faktlar əsasən Saleh Məmmədovun yaxınlarının çalışdığı qurumları əhatə edir. Buna rəğmən hələ ki, həmin qurumların rəhbərləri barədə hər hansı tədbir görülməyib. Daha doğrusu, müvafiq qurumlar lazımi addımları atmağa tələsmir və yoxlamanın tam başa çatmasını gözləyir.

Məlumata görə, yoxlamaların nəticəsi olaraq AAYDA-da kadr və struktur dəyişiklərinin həyata keçirilməsi gözlənilir. Bildirilir ki, qurumun tabeliyində fəaliyyət göstərən MMC-lər ləğv edilə və regional idarələr yaradıla bilər.

Saleh Məmmədov AAYDA-nın İdarə Heyətinin sədri vəzifəsinə 2017-ci ildə təyinat alıb. O, fevralın 6-da tutduğu vəzifədən azad edilib.

Mediada gedən məlumatlara görə, Saleh Məmmədov AAYDA-nın rəhbərliyinə təyinat aldıqdan sonra qohumlarını müxtəlif vəzifələrə yerləşdirib.

Bununla bağlı yayılan siyahını təqdim edirik:

* Zaur Həmzəyev – əmisi oğlu, 1 saylı Yol İstismar İdarəsinin müdiri;

* Araz Bəndəliyev – xalası oğlu, 10 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsinin rəhbəri;

* Toğrul Həmzəli – qardaşı oğlu, 9 saylı Yol İstismar İdarəsinin baş mühasibi;

* Təhminə Həmzəyeva – bacısı, AAYDA-nın Əməyin Təşkili şöbəsinin müdiri;

* Mətanət Həmzəyeva – bacısı, “Azəryolİlmitəhqiqatlayihə” İnstitutunun baş mühasibi;

* Dilavər Həmzəyev – yeznəsi, 1 saylı Yaşıllaşdırma İdarəsinin müdir müavini;

* Ustubat Niftəliyev – yeznəsi, 3 saylı Yaşıllaşdırma İdarəsinin rəisi.

Oxşarxəbərlər

Dövlət Komitəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirildi
Gündəm

Dövlət Komitəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirildi

26/02/2026 19:46
50
Paşazadələr ətrafında nə baş verir? – Oğlu müəmmalı şəkildə vəzifədən getdi, Şeyxlə bağlı isə deyilir ki…
CƏMİYYƏT

Paşazadələr ətrafında nə baş verir? – Oğlu müəmmalı şəkildə vəzifədən getdi, Şeyxlə bağlı isə deyilir ki…

26/02/2026 18:49
50
Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi – FOTOLAR
Gündəm

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi – FOTOLAR

26/02/2026 18:00
50
DTX əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini andılar – VİDEO
Gündəm

DTX əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini andılar – VİDEO

26/02/2026 17:51
50
Yeni sürət qatarı buradan keçəcək: evlər söküləcək – FOTOLAR
Gündəm

Yeni sürət qatarı buradan keçəcək: evlər söküləcək – FOTOLAR

26/02/2026 14:30
62
Bakıdan piyada yola düşən şəhid nəvəsi Xocalıya çatdı – FOTO
Gündəm

Bakıdan piyada yola düşən şəhid nəvəsi Xocalıya çatdı – FOTO

26/02/2026 14:05
65

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Saleh Məmmədovun fəaliyyəti araşdırılır: Qızılı kilo ilə alırmış – ŞOK İDDİA

Saleh Məmmədovun fəaliyyəti araşdırılır: Qızılı kilo ilə alırmış – ŞOK İDDİA

26/02/2026 22:16
50
KMBİ tələbələrin fotolarını yayan şəxsi saxladı

KMBİ tələbələrin fotolarını yayan şəxsi saxladı

26/02/2026 21:40
50
İlham Əliyevin sosial şəbəkə hesablarında Xocalıya səfəri ilə bağlı videoçarx paylaşıldı

İlham Əliyevin sosial şəbəkə hesablarında Xocalıya səfəri ilə bağlı videoçarx paylaşıldı

26/02/2026 21:18
50
Xocalıya aid həmin FOTONUN sirri açıldı: şəkildəkilər kimlərdir?

Xocalıya aid həmin FOTONUN sirri açıldı: şəkildəkilər kimlərdir?

26/02/2026 20:48
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Berlin-Pekin dialoqu: Ukrayna gündəmdə

Berlin-Pekin dialoqu: Ukrayna gündəmdə

26/02/2026 14:52
60

Polşada Pegasus skandalı: Keçmiş kəşfiyyat rəhbərləri ittiham olundu

Polşada Pegasus skandalı: Keçmiş kəşfiyyat rəhbərləri ittiham olundu

26/02/2026 14:00
53

Diplomatik kanallar açıq qalır: Rubio dialoq mesajı göndərdi

Diplomatik kanallar açıq qalır: Rubio dialoq mesajı göndərdi

26/02/2026 13:57
55

Klintonlar ifadə verməyə başlayır: Epşteyn araşdırmaları yenidən diqqət mərkəzində

Klintonlar ifadə verməyə başlayır: Epşteyn araşdırmaları yenidən diqqət mərkəzində

26/02/2026 13:46
59

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In