Bazar, Aprel 19, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Paşazadələr ətrafında nə baş verir? – Oğlu müəmmalı şəkildə vəzifədən getdi, Şeyxlə bağlı isə deyilir ki…

26/02/2026 18:49
CƏMİYYƏT, Gündəm
48 0
Paşazadələr ətrafında nə baş verir? – Oğlu müəmmalı şəkildə vəzifədən getdi, Şeyxlə bağlı isə deyilir ki…
61
Baxış sayı

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin (Şeyxin) oğlu Məhəmməd Paşazadənin tutduğu vəzifədən azad edilməsi müxtəlif şərhlərə səbəb olub. Bəzi iddialara görə, bu addım Şeyxə qarşı prosesin başlanğıcı kimi qiymətləndirilir. Qurumdan isə bildirilib ki, Məhəmməd Paşazadə işdən öz ərizəsi ilə ayrılıb. Eyni zamanda, QMİ və Şeyxin dini sferadakı təsir imkanlarının azaldığı vurğulansa da, tamamilə aradan qalxmadığını deyənlər də var.

QMİ sədrinin “vurulması” prosesi başlayıb? Şeyxin hazırkı situasiyada QMİ rəhbərliyindən getməsi ölkədə dini baxımdan hansı prosesləri tətikləyə bilər?

Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz deyib ki, Şeyx Azərbaycan müsəlmanları üzərində real təsiri olmayan bir şəxsdir:

“Allahşükür Paşazadənin özünün məşhur ifadəsi var, o vaxt belə bir söz işlətmişdi ki, “mən 30 ildir şeyxülislamlıq edirəm, amma hələ də vicdanın nə olduğunu bilmirəm”. Əgər onun özündə vicdandan bir əlamət olsaydı, ərizəsini verib könüllü şəkildə gedərdi. İllərdir onu Rusiya “KQB”sinin polkovniki adlandıranlar və bu istiqamətdə müxtəlif iddialar səsləndirənlər olub. Digər tərəfdən, Qarabağ müharibəsi dövründə Şeyxin İranın mövqeyinə yaxın çıxışlar etdiyi, Azərbaycanın qazandığı uğurları İranın dini rəhbərinin adına bağladığı barədə məlumatlar yayılmışdı. Bu mövqe ciddi polemikaya səbəb olmuşdu. Türkiyənin nazirlərindən biri bildirmişdi ki, “İranın duası Azərbaycanladır, silahı isə Ermənistanla”. Ardınca da əlavə etmişdi ki, görünür, İranın duası silahlarından daha güclüdür, ona görə Azərbaycan qələbə qazandı. Bu, açıq şəkildə istehza idi. Şeyxin o yanaşması siyasi təfəkkürünün zəifliyini göstərir. Dini liderin siyasətdən dərin anlayışa malik olmaması başadüşüləndir, lakin tamamilə siyasi baxışdan məhrum olması doğru deyil. Bu baxımdan, həmin şəxsin hələ də şeyxülislam vəzifəsini icra etməsi məqsədəuyğun görünmür”.

699f3d75db906699f3d75db9071772043637699f3d75db904699f3d75db905 3

Heydər Oğuz

Siyasi şərhçi qeyd edib ki, Azərbaycan dövləti və siyasi iradəsi Şeyxi də vəzifədən uzaqlaşdırmalıdır:

“Təkcə oğlunun uzaqlaşdırılması kifayət deyil. O, Azərbaycanın geosiyasi ehtiyaclarına cavab verməyən bir fiqurdur. Şeyxülislam yalnız dini təbliğatla məşğul olmamalı, eyni zamanda dövlətin xarici siyasətinə uyğun mövqe ortaya qoymalı, strateji məsələlərdə dövlət xəttini dəstəkləməlidir. Hazırkı mərhələdə bu xüsusilə vacibdir. Təəssüf ki, o, bu anlayışdan uzaqdır. Bunun da səbəbləri var. Onun Rusiyaya bağlı olduğu və ümumilikdə Azərbaycanın türk dünyasına inteqrasiyasını istəmədiyi barədə fikirlər mövcuddur. 44 günlük müharibədən sonra Türkiyə–Azərbaycan münasibətlərində narazılıq yaradan bəyanatlarının təsadüfi olmadığı düşünülür. Bu səbəbdən hesab edirəm ki, onunla bağlı şəxslər də vəzifələrdən uzaqlaşdırılmalıdır. Bu, lüstrasiya siyasəti adlanır. Yəni həmin şəxslə əlaqəsi olan və onunla birlikdə fəaliyyət göstərən kadrlar da hakimiyyətdən kənarlaşdırılmalıdır.

Azərbaycan hazırda kritik mərhələdədir. Ölkənin gələcəyi, hansı strateji istiqaməti seçəcəyi, hansı tərəfdə mövqe tutacağı müzakirə olunur. Azərbaycanın strateji xətti türk dünyasına inteqrasiya etmək, bu məkan daxilində möhkəmlənməkdir. İran və Rusiya xəttindən tədricən uzaqlaşmaq artıq müəyyən edilmiş istiqamətdir. Bu baxımdan, Şeyxülislamın Azərbaycandakı təsirinin azaldılması zəruridir”.

İlahiyyatçı Əkrəm Həsənov isə bildirib ki, Şeyxin oğlunun vəzifədən uzaqlaşmasını QMİ rəhbərliyi ilə bağlamaq və bunu hansısa prosesin başlanğıcı kimi təqdim etmək bir qədər tələsik yanaşmadır:

“Belə məsələlərə emosional yox, soyuqqanlı baxmaq lazımdır. Çünki burada söhbət təkcə bir şəxsdən getmir. QMİ uzun tarixə malik qurumdur. XIX əsrdən formalaşan dini idarəçilik sistemi çar Rusiyası, sovet mərhələsi və müstəqillik dövründən ibarət müxtəlif mərhələlərdən keçib. Hər dövrdə şərtlər dəyişsə də, dini sahənin mərkəzləşdirilmiş şəkildə tənzimlənməsi prinsipi qorunub. Ona görə də şeyxülislamlıq sadəcə bir vəzifə deyil, illərlə formalaşmış ənənənin davamıdır. Şeyx QMİ rəhbərliyindən gedərsə, bunun dini proseslərə təsirini dəqiqləşdirmək üçün bir məsələni düzgün qiymətləndirmək lazımdır. Azərbaycanda dini sahə artıq təkcə bir şəxsin nüfuzu üzərində qurulmur. Qanunvericilik, dövlətin din siyasəti və mövcud idarə mexanizmi bu sahəni müəyyən çərçivədə saxlayır. Məqsəd isə radikallaşmaya imkan verməmək, məzhəblər arasında balansı qorumaq və ümumi sabitliyi saxlamaqdır. Əgər hansısa mərhələdə rəhbərlik dəyişikliyi olarsa, bu daha çox idarəetmə səviyyəsində dəyişiklik kimi qiymətləndirilməlidir. Yəni üslub fərqli ola bilər, prioritetlərdə müəyyən yeniliklər də mümkündür, amma bu, ölkədə dini boşluq yaranacağı anlamına gəlmir. Çünki sistem bir nəfərin üzərində qurulmayıb”.

İlahiyyatçı əlavə edib ki, Azərbaycan cəmiyyətində din əsasən ənənəvi və mədəni formada yaşayır:

“İnsanlar dini kimliyi daha çox ailə və adət-ənənə çərçivəsində qəbul edirlər. Bu səbəbdən dini qurumların təsiri yalnız rəsmi statusla ölçülmür, həm də cəmiyyətin etimadı ilə bağlıdır. Son illərdə dini sahənin hüquqi tənzimlənməsi daha sistemli şəkildə aparılır və bu da göstərir ki, idarəçilik şəxsdən çox mexanizm üzərində qurulub. Bu baxımdan mümkün dəyişikliklərin ölkədə kəskin dini proseslərə səbəb olacağı fikri mənə real görünmür. Azərbaycan modeli daha çox sabitliyə hesablanıb. Bu sabitlik isə bir nəfərin mövcudluğundan yox, formalaşmış idarə qaydasından qaynaqlanır. Ona görə də məsələyə sensasiya kimi yox, normal idarəçilik prosesi kimi baxmaq daha doğru olar”.

Oxşarxəbərlər

Uşaq pulu ilə bağlı ŞAD XƏBƏR gəldi – Bərpa edilə bilər!
CƏMİYYƏT

Uşaq pulu ilə bağlı ŞAD XƏBƏR gəldi – Bərpa edilə bilər!

18/04/2026 19:52
61
Bu gecə göydə qəribə hadisə baş verəcək – SON DƏQİQƏ XƏBƏRDARLIĞI
CƏMİYYƏT

Bu gecə göydə qəribə hadisə baş verəcək – SON DƏQİQƏ XƏBƏRDARLIĞI

18/04/2026 16:52
58
Sürücülərin nəzərinə – İcbari sığorta ilə bağlı yenilik
CƏMİYYƏT

Sürücülərin nəzərinə – İcbari sığorta ilə bağlı yenilik

18/04/2026 14:36
73
Bu istiqamətdə kilometrlərlə uzanan tıxac yarandı
CƏMİYYƏT

Bu istiqamətdə kilometrlərlə uzanan tıxac yarandı

18/04/2026 14:04
72
Səfərbərlik Xidmətindən bu şəxslərə XƏBƏRDARLIQ
CƏMİYYƏT

Səfərbərlik Xidmətindən bu şəxslərə XƏBƏRDARLIQ

18/04/2026 11:52
56
Banka borcunu ödəməyənlər üçün yeni qayda
CƏMİYYƏT

Banka borcunu ödəməyənlər üçün yeni qayda

18/04/2026 11:48
56

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bədbəxt hadisə: 25 yaşlı gənc öldü

Bədbəxt hadisə: 25 yaşlı gənc öldü

18/04/2026 20:59
71
Ağır qəza: 9 yaşlı uşaq həyatını itirdi

Ağır qəza: 9 yaşlı uşaq həyatını itirdi

18/04/2026 20:44
60
ATIŞMA: Beş nəfər HƏLAK OLDU – bu ölkədə

ATIŞMA: Beş nəfər HƏLAK OLDU – bu ölkədə

18/04/2026 19:59
74
Uşaq pulu ilə bağlı ŞAD XƏBƏR gəldi – Bərpa edilə bilər!

Uşaq pulu ilə bağlı ŞAD XƏBƏR gəldi – Bərpa edilə bilər!

18/04/2026 19:52
61

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycan İcması Hikmət Babaoğlunu təbrik etdi

Qərbi Azərbaycan İcması Hikmət Babaoğlunu təbrik etdi

17/04/2026 16:05
59

Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyində İdarə Heyətinin iclası keçirilib-FOTOLAR

Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyində İdarə Heyətinin iclası keçirilib-FOTOLAR

13/04/2026 16:21
79

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

08/04/2026 11:04
156

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

06/04/2026 12:00
73

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.