İranda Miyanab bölgəsində qızlar məktəbinə hava zərbələri nəticəsində ölən şagirdlərin sayı 70-ə çatıb.
18:21
İsrail və ABŞ-nin hərbi hava hücumları fonunda İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Miyanab rayonunda qız məktəbində ölənlərin sayı 63 nəfərə çatıb.
Gündəm24.az xəbər verir ki, bunu İranın Hörmüzqan vilayətinin valisinin müavini Əhməd Nəfisi yerli mediaya açıqlamasında deyib.
O qeyd edib ki, 92 nəfər isə yaralanıb. Xilasetmə əməliyyatı davam etdirilir.
18:02
İranın cənubunda qızlar məktəbinə raketin düşməsi nəticəsində azı 60 şagird həlak olub.
Gündəm24.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Kermanpur sosial şəbəkələrdə bildirib.
“60 azyaşlı uşaq həlak olub, 80-i xəsarət alıb”, – o qeyd edib.
16:08
İranda Miyanab bölgəsində qızlar məktəbinə hava zərbələri nəticəsində ölən şagirdlərin sayı artıb.
Gündəm24.az xəbər verir ki, hadisə zamanı ölən şagirdlərin sayı 51-ə çatıb, 60 yaralı var.
15:38
Miyanaba hücum zamanı 40 nəfər ölüb, 48 nəfər yaralanıb.
15:17
İranda qızlar məktəbinə hücumda 24 nəfərin öldüyü bildirilir.
Gündəm24.az xəbər verir ki, “İsrailin Miyanabda qızlar məktəbinə hücum etdiyi” qeyd olunub.
Yaralıların sayı isə barədə məlumat verilməyib.














