İranın ali dini rəhbəri Əli Xameneinin öldüyü iddia edilir.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, İsrail mediası yüksək vəzifəli İsrail rəsmisinə istinadən Xameneinin öldüyünü və onun cəsədinin tapıldığını bildirib.
Məlumata görə, adı açıqlanmayan yüksək rütbəli İsrail rəsmisi bu barədə “Reuters” agentliyinə açıqlama verib. Rəsminin sözlərinə görə, Xamenei artıq həyatda deyil və onun meyiti aşkarlanıb.
Hazırda İranın rəsmi qurumları tərəfindən bu iddialara münasibət açıqlanmayıb. Tehrandan təsdiq və ya təkzib gəlməyib.













