İranın tanınmış siyasətçisi Ələkbər Vilayəti İsrailin həyata keçirdiyi bombardman nəticəsində həlak olub.
Gündəm24.az xəbər verir ki, hadisə bu gün baş verib. Məlumata görə, zərbə zamanı ağır yaralanan siyasətçi həyatını itirib.Qeyd edək ki, Ələkbər Vilayəti uzun illər İran siyasətində mühüm fiqurlardan biri kimi tanınıb və müxtəlif dövrlərdə yüksək vəzifələrdə təmsil olunub. O, xüsusilə Azərbaycan və Türkiyə ilə bağlı sərt açıqlamaları ilə diqqət çəkirdi.Vilayəti 44 günlük Vətən müharibəsi dövründə səsləndirdiyi
“Ermənistanın torpaq bütövlüyü qırmızı cızığımızdır” bəyanatı ilə yadda qalmışdı. Həmin açıqlama Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurmuşdu.














