Cümə axşamı, Mart 5, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bir nömrəli səfərbərlik vəziyyəti nədir?

05/03/2026 20:24
Gündəm
52 3
Bir nömrəli səfərbərlik vəziyyəti nədir?
69
Baxış sayı

Azərbaycan Prezidenti İlham Əliyev İranın Naxçıvana dron hücumu ilə bağlı keçirdiyi Təhlükəsizlik Şurasının iclasında bildirib ki, Silahlı Qüvvələrimiz – Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib. Dövlət başçısı vurğulayıb ki, ordumuz istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar.

Bəs Prezident İlham Əliyevin elan etdiyi bir nömrəli səfərbərlik vəziyyəti nədir?
Gündəm24.az  Oxu.Az-a istinadla xəbər verir ki, dövlətlərin təhlükəsizlik sistemində ən mühüm mexanizmlərdən biri səfərbərlik institutudur. Səfərbərlik ölkənin müdafiə qabiliyyətinin artırılması üçün dövlət, iqtisadiyyat və cəmiyyətin müharibə və ya hərbi təhlükə şəraitinə uyğun rejimə keçirilməsini nəzərdə tutur.
Azərbaycanda səfərbərliklə bağlı məsələlər “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarla tənzimlənir. Bu qanunlara əsasən, səfərbərlik ölkənin silahlı qüvvələrinin və digər dövlət strukturlarının hərbi dövrə hazırlığını təmin edən tədbirlər kompleksidir.
Səfərbərlik dedikdə dövlətin hərbi təhlükə və ya müharibə vəziyyətində silahlı qüvvələrin şəxsi heyətini, ehtiyat qüvvələri və texnikanı qısa müddətdə döyüş hazırlığına gətirməsi başa düşülür. Bu proses yalnız hərbi qulluqçuların çağırılması ilə məhdudlaşmır. Səfərbərlik zamanı dövlət idarəetmə strukturları, nəqliyyat sistemi, sənaye müəssisələri və digər sahələr də xüsusi rejimdə fəaliyyətə keçə bilər.
Belə vəziyyət tətbiq edildikdə, silahlı qüvvələr tam döyüş hazırlığına gətirilir, ehtiyatda olan hərbi qulluqçuların çağırılması həyata keçirilə, hərbi hissələr döyüş mövqelərinə və ya təyin olunmuş ərazilərə çıxarıla bilərlər.
Eyni zamanda, dövlət və iqtisadi strukturlar da müharibə şəraitinə uyğun fəaliyyət rejiminə keçə bilər. Bu isə faktiki olaraq ölkənin müdafiə sisteminin maksimum hazırlıq vəziyyətinə gətirilməsi deməkdir.
Xatırladaq ki, Azərbaycan Respublikasında səfərbərlik yalnız dövlət başçısı tərəfindən elan olunur. Qanunvericiliyə görə səfərbərlik elan edildiyi halda vətəndaşların bir sıra öhdəlikləri yaranır. Bunlara çağırış məntəqəsinə vaxtında gəlmək, hərbi qeydiyyat qaydalarına əməl etmək və dövlət tərəfindən müəyyən edilən səfərbərlik tədbirlərində iştirak etmək daxildir.
Səfərbərlik və hərbi vəziyyət anlayışları bəzən qarışdırılır. Halbuki, bu iki anlayış fərqli məna daşıyır. Hərbi vəziyyət ölkədə xüsusi hüquqi rejimin tətbiq olunmasını nəzərdə tutur. Səfərbərlik isə silahlı qüvvələrin və ehtiyat qüvvələrinin döyüş hazırlığına gətirilməsi prosesidir. Bəzi hallarda hərbi vəziyyət elan edilsə də, səfərbərlik dərhal həyata keçirilməyə bilər.
Xülasə, bir nömrəli səfərbərlik vəziyyəti dövlətin hərbi təhlükəyə qarşı ən yüksək hazırlıq mərhələlərindən biridir. Bu vəziyyət silahlı qüvvələrin tam döyüş hazırlığına gətirilməsi, ehtiyat qüvvələrin çağırılması və dövlət strukturlarının müharibə rejiminə uyğun fəaliyyət göstərməsi ilə xarakterizə olunur. Səfərbərlik mexanizmi ölkənin müdafiə qabiliyyətinin təmin edilməsində mühüm rol oynayan əsas təhlükəsizlik alətlərindən biri hesab olunur.

Oxşarxəbərlər

İsrail yeni mərhələni elan etdi
Gündəm

İsrail yeni mərhələni elan etdi

05/03/2026 23:28
50
İran Türkiyəyə daha bir raket atdı – SON DƏQİQƏ
Gündəm

İran Türkiyəyə daha bir raket atdı – SON DƏQİQƏ

05/03/2026 23:08
61
Bu nəhəng ölkələr İrana dəstək verir – Əraqçi açıqladı
Gündəm

Bu nəhəng ölkələr İrana dəstək verir – Əraqçi açıqladı

05/03/2026 22:07
63
Cenevrədən Bakıya dəstək: beynəlxalq təşkilat Azərbaycana hücumlarla bağlı danışdı
Gündəm

Cenevrədən Bakıya dəstək: beynəlxalq təşkilat Azərbaycana hücumlarla bağlı danışdı

05/03/2026 21:06
58
Pakistan Azərbaycanla həmrəylik ifadə etdi
Gündəm

Pakistan Azərbaycanla həmrəylik ifadə etdi

05/03/2026 21:00
72
Naxçıvana hücum o əmr vermədən baş tutmazdı – CİNAYƏTKARIN DOSYESİ
Gündəm

Naxçıvana hücum o əmr vermədən baş tutmazdı – CİNAYƏTKARIN DOSYESİ

05/03/2026 19:27
58

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İsrail yeni mərhələni elan etdi

İsrail yeni mərhələni elan etdi

05/03/2026 23:28
50
İordaniyadan Azərbaycanla bağlı BƏYANAT

İordaniyadan Azərbaycanla bağlı BƏYANAT

05/03/2026 23:10
50
İran Türkiyəyə daha bir raket atdı – SON DƏQİQƏ

İran Türkiyəyə daha bir raket atdı – SON DƏQİQƏ

05/03/2026 23:08
61
Azərbaycana hücuma Şahbaz Şərifdən reaksiya

Azərbaycana hücuma Şahbaz Şərifdən reaksiya

05/03/2026 22:40
62

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
İsrail qırıcıları İranın strateji yolunu bombaladı

İsrail qırıcıları İranın strateji yolunu bombaladı

05/03/2026 09:31
63

İraq səmasında zərbələr: İranpərəst silahlı qruplara hücum

İraq səmasında zərbələr: İranpərəst silahlı qruplara hücum

05/03/2026 08:38
73

ŞOK rəqəm: İranla müharibənin ABŞ-a gündəlik xərci 1 milyard dollar

ŞOK rəqəm: İranla müharibənin ABŞ-a gündəlik xərci 1 milyard dollar

05/03/2026 08:18
77

Vaşinqton-Tehran xətti? Netanyahunun Ağ Evə inamsızlığı artır

Vaşinqton-Tehran xətti? Netanyahunun Ağ Evə inamsızlığı artır

05/03/2026 03:55
61

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.