Çərşənbə, Sentyabr 23, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Temu” istifadəçilərinə pis xəbər

06/03/2026 15:10
CƏMİYYƏT
843 9
“Temu” istifadəçilərinə pis xəbər
705
Paylaşım sayı
979
Baxış sayı

Hörmüz boğazında artan təhlükəsizlik riskləri qlobal ticarət marşrutlarının sabitliyi ilə bağlı ciddi suallar doğurur. Dünyada daşınan neftin və yüklərin mühüm hissəsinin keçdiyi bu strateji bölgədə mümkün gərginlik logistika xərclərinin artmasına və beynəlxalq ticarət axınlarında gecikmələrə səbəb ola bilər. Bu vəziyyət isə xüsusilə  “Temu” və “AliExpress” onlayn alış-veriş platformalarından edilən sifarişlərin qiymətinə və çatdırılma müddətinə təsir ehtimalını gündəmə gətirir. 

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Famil Niftiyev bildirib ki, Hörmüz boğazında təhlükəsizlik risklərinin artması qlobal ticarət və logistika sisteminə zəncirvari təsir göstərən geosiyasi amillərdən biri hesab olunur.

“Hörmüz boğazı dünya enerji və yük daşımalarının ən strateji marşrutlarından biridir və qlobal neft ticarətinin təxminən beşdə biri məhz bu boğaz vasitəsilə həyata keçirilir. Bu səbəbdən bölgədə hərbi gərginlik, hücum riski və ya tranzitin məhdudlaşdırılması ehtimalı dərhal enerji qiymətlərinə, nəqliyyat xərclərinə və ümumilikdə dünya bazarlarında qiymət səviyyəsinə təsir göstərə bilər. Belə vəziyyətlərdə ilk növbədə gəmiçilik və logistika şirkətləri üçün risk səviyyəsi artır. Risklərin yüksəlməsi ilə birlikdə sığorta şirkətləri daşımalar üçün əlavə “müharibə riski” ödənişləri tətbiq edir, bu isə daşınma tariflərinin artmasına səbəb olur. Nəticədə yalnız enerji məhsullarının deyil, digər malların da daşınma xərcləri yüksəlir. Çünki qlobal ticarətdə konteyner daşımalarının böyük hissəsi eyni logistika sistemindən istifadə edir və bu sistemdə yaranan hər bir əlavə xərc bütün ticarət zəncirinə ötürülür”.

Ekspert bildirib ki, digər mühüm məqam marşrutların dəyişdirilməsi ilə bağlıdır.

“Təhlükəsizlik riski yüksək olduqda bəzi gəmiçilik şirkətləri riskli bölgələrdən keçmək əvəzinə alternativ və daha uzun marşrutlardan istifadə etməyə üstünlük verirlər. Bu isə daşınma müddətini artırmaqla yanaşı, yanacaq və logistika xərclərinin də yüksəlməsinə səbəb olur. Belə hallarda qlobal logistika sistemində gecikmələr və əlavə xərclər yaranır. Bu prosesin elektron ticarət platformalarına təsiri əsasən dolayı xarakter daşıyır, lakin kifayət qədər realdır. “Temu” və “AliExpress” kimi platformalar əsasən Çin istehsalı olan məhsulları müxtəlif ölkələrə göndərir və bu sifarişlərin böyük hissəsi beynəlxalq logistika şəbəkələri vasitəsilə çatdırılır. Regionda təhlükəsizlik risklərinin artması hava və dəniz yük daşımalarının qiymətinə təsir göstərdiyi üçün logistika xərclərinin artması ehtimalı yaranır. Bu isə nəticə etibarilə satıcıların xərclərinə və dolayısı ilə məhsul qiymətlərinə təsir edə bilər”.

Onun sözlərinə görə, belə şəraitdə istehlakçılar üçün iki əsas nəticə ortaya çıxa bilər:

“Birincisi, çatdırılma müddətlərinin uzanmasıdır. Logistika marşrutlarında gecikmələr və əlavə yoxlamalar səbəbindən sifarişlərin çatdırılması əvvəlki dövrlərlə müqayisədə daha uzun çəkə bilər. İkinci ehtimal isə daşınma və sığorta xərclərinin artmasının müəyyən hissəsinin məhsul qiymətlərinə əlavə edilməsidir. İqtisadi baxımdan qiymətləndirdikdə, bu risklərin elektron ticarət sifarişlərinə təsiri əsasən gərginliyin müddətindən asılı olacaq. Əgər geosiyasi gərginlik qısa müddətli olarsa, təsir əsasən çatdırılma gecikmələri və kiçik logistika xərcləri ilə məhdudlaşa bilər. Lakin gərginlik uzun müddət davam edərsə, qlobal logistika xərclərinin artması nəticəsində elektron ticarət məhsullarının qiymətlərində müəyyən yüksəliş və çatdırılma müddətlərində daha ciddi uzanmalar müşahidə oluna bilər. Nəticə etibarilə, Hörmüz boğazında təhlükəsizlik risklərinin artması qlobal ticarətin mühüm marşrutlarından birinə təsir etdiyi üçün bunun elektron ticarət platformalarından edilən sifarişlərin qiymətinə və çatdırılma müddətinə təsir göstərməsi iqtisadi baxımdan real və mümkün bir ssenari hesab olunur”.

Qeyd edək ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana hücumları bölgədə vəziyyəti kəskinləşdirib. İran tərəfi bu hücumlara İsrailə raketlər atmaqla cavab verib. Hadisələrin gedişində İranın dövlət televiziyası ali dini lider Ayətullah Xameneinin öz ofisində öldürüldüyü barədə məlumat yayıb. Bu xəbərlə əlaqədar ölkədə 40 günlük matəm və 7 günlük qeyri-iş günü elan edilib.

Gərginlik Azərbaycan sərhədlərinə də sıçrayıb. Martın 5-də günorta saatlarında İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları təşkil edilib. Hücum zamanı “Arash-2” tipli pilotsuz uçuş aparatlarından istifadə olunduğu bildirilir. PUA-lardan biri Naxçıvan Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb.

Hava limanına düşən dron binaya ciddi zərər vurmaqla yanaşı iki mülki şəxsin xəsarət almasına səbəb olub. Hadisə yerində araşdırmalar aparılır və təhlükəsizlik tədbirləri gücləndirilib. Bölgədəki hərbi aktivlik və siyasi qeyri-müəyyənlik davam edir.

Oxşarxəbərlər

Bakı-Sumqayıt Yolunda TİR Avtomobilin Üzərinə Aşdı: Ölən Var
Manşet

Bakı-Sumqayıt Yolunda TİR Avtomobilin Üzərinə Aşdı: Ölən Var

23/09/2026 13:50
976
40 İlin Həkimini İşdən Çıxarmışdı – Özü Vəzifədən Azad Edildi
Manşet

40 İlin Həkimini İşdən Çıxarmışdı – Özü Vəzifədən Azad Edildi

23/09/2026 13:09
966
DYP “Formula 1″lə əlaqədər sürücülərə müraciət etdi
CƏMİYYƏT

DYP “Formula 1″lə əlaqədər sürücülərə müraciət etdi

23/09/2026 11:11
956
“28 May”-“Nizami” arasında nə dəyişəcək? – Detallar açıqlandı
CƏMİYYƏT

“28 May”-“Nizami” arasında nə dəyişəcək? – Detallar açıqlandı

23/09/2026 10:08
956
Bu qidalara sertifikat TƏLƏB OLUNACAQ?
CƏMİYYƏT

Bu qidalara sertifikat TƏLƏB OLUNACAQ?

23/09/2026 09:53
959
Bakıda cərimələnən klinikanın rəhbəri danışdı – VİDEO
CƏMİYYƏT

Bakıda cərimələnən klinikanın rəhbəri danışdı – VİDEO

23/09/2026 09:43
954

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Domino oynayan şəxslər 3 min manat cərimləndilər

Domino oynayan şəxslər 3 min manat cərimləndilər

23/09/2026 14:49
953
Bakıda “Burger King”də böyük QALMAQAL: 50-yə yaxın işçinin maaşı batıb – Yüzminlərlə manatlıq borc

Bakıda “Burger King”də böyük QALMAQAL: 50-yə yaxın işçinin maaşı batıb – Yüzminlərlə manatlıq borc

23/09/2026 14:45
953
Bakı-Sumqayıt yolundakı qəzada yaralanan şəxsin son vəziyyəti

Bakı-Sumqayıt yolundakı qəzada yaralanan şəxsin son vəziyyəti

23/09/2026 14:30
952
TƏCİLİ! Rusiya Kiyevə genişmiqyaslı HÜCUMA KEÇDİ – VİDEO

TƏCİLİ! Rusiya Kiyevə genişmiqyaslı HÜCUMA KEÇDİ – VİDEO

23/09/2026 14:28
952

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

23/09/2026 08:08
963

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

22/09/2026 08:17
975

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
963

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
961

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.