Şənbə, Mart 7, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Tehrandan Bakıya yeni siqnal: Hücumun “səbəbi” heyrətləndirdi

07/03/2026 16:00
Gündəm
40 2
Tehrandan Bakıya yeni siqnal: Hücumun “səbəbi” heyrətləndirdi
53
Baxış sayı

İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilunun Baku TV-yə müsahibəsi maraqla qarşılanıb. Səfir İranın hazırda qonşuları ilə münasibətinin gərgin olmasının səbəblərindən danışarkən bildirib ki, bir ölkə hücuma məruz qalanda mütləq özünü müdafiə etməlidir.

Dəmirçilu İranın zərbələrinin yalnız müdafiə xarakteri daşıdığını, başqa dövlətlərin milli suverenliyinə və ya ərazi bütövlüyünə qarşı yönəlmədiyini söyləyib. Onun sözlərinə görə, xarici hücumlar dayandırılacağı halda, İran da zərbələrini bitirəcək.

Maraqlıdır ki, Naxçıvan da daxil olmaqla Azərbaycan ərazisində heç bir xarici ölkənin hərbi bazası yoxdur. Lakin İran hazırkı müharibədə rol oynamayan Naxçıvanı birbaşa hədəf alıb.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli qeyd edib ki, səfirin dediyi kimi, bir ölkə hücuma məruz qalanda onun özünü müdafiə etmək hüququ var:

“Doğrudur, İrana hansısa ölkədə yerləşən ABŞ hərbi bazasından zərbələrin endirilməsi mümkündür. Bu halda İranın həmin məntəqələrə zərbə endirməsi müəyyən mənada izah oluna bilər. Lakin nə Azərbaycanda, nə də zərbə endirildiyi bildirilən Naxçıvanda hər hansı xarici ölkənin hərbi bazası mövcuddur.

Digər tərəfdən, Azərbaycan öz ərazisindən başqa dövlətlərə qarşı hərbi məqsədlərlə istifadə olunmasına heç vaxt icazə vermir. Əksinə, son hadisələrdə İrana başsağlığı verən və həmrəylik nümayiş etdirən ölkələrdən biri olub. Rəsmi Bakı heç bir halda İran daxil olmaqla hansısa ölkənin ərazisinə zərbə vurulmasını dəstəkləməyib.

1671105283 qabil huseynli
Qabil Hüseynli

Prezident İlham Əliyevin İran səfirliyinə gələrək anım tədbirində iştirak etməsi də Azərbaycanın həm bu ölkədə baş verən proseslərə, həm də sonrakı addımlara münasibətdə rəsmi mövqeyini göstərirdi.

İran səfirinin yanaşması isə diplomatik üslubda yayınma və müəyyən mənada ittiham xarakteri daşıyır. Səfirin, “Əgər İrana qarşı bu hücum baş verməsəydi, təbii ki, müdafiə məqsədilə cavab zərbələri endirilməzdi” fikri faktiki olaraq Tehranın atdığı addımları dolayısı ilə əsaslandırdığını göstərir.

Tehran özünü haqlı göstərməyə çalışır. Bu isə iki ölkə arasında yaranmış gərginliyin asanlıqla aradan qalxmayacağını mənasına gəlir. Rəsmi Bakının mövqeyi isə açıqdır: İran tərəfi məsələ ilə bağlı üzr istəməli və aydın mövqe ortaya qoymalıdır. Əks təqdirdə, proses daha da dərinləşə bilər”.

Oxşarxəbərlər

Pezeşkian Əliyevə mesaj göndərdi: Nələrə işarə etdi?
Gündəm

Pezeşkian Əliyevə mesaj göndərdi: Nələrə işarə etdi?

07/03/2026 21:11
55
“Azərbaycana qarşı şər-böhtan kampaniyası aparan medianın rəhbəri Ərdoğanın kürəkənidir”
Gündəm

“Azərbaycana qarşı şər-böhtan kampaniyası aparan medianın rəhbəri Ərdoğanın kürəkənidir”

07/03/2026 21:01
59
Rusiya Azərbaycan və İrana ÇAĞIRIŞ ETDİ
Gündəm

Rusiya Azərbaycan və İrana ÇAĞIRIŞ ETDİ

07/03/2026 19:34
55
Nüvə müharibəsi olarsa, yalnız 2 ölkə sağ çıxacaq
Gündəm

Nüvə müharibəsi olarsa, yalnız 2 ölkə sağ çıxacaq

07/03/2026 17:32
65
Gömrük Komitəsi Elçin Quliyevi cərimələdi – QƏRAR
Gündəm

Gömrük Komitəsi Elçin Quliyevi cərimələdi – QƏRAR

07/03/2026 16:21
76
Ərdoğan hərbi vəziyyətə hazırlıqla bağlı TƏYİNAT VERDİ – FOTO
Gündəm

Ərdoğan hərbi vəziyyətə hazırlıqla bağlı TƏYİNAT VERDİ – FOTO

07/03/2026 15:02
67

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Xameneinin oğlu ağır yaralandı

Xameneinin oğlu ağır yaralandı

07/03/2026 22:11
58
Daxili işlər nazirinin keçmiş müavini vəfat etdi

Daxili işlər nazirinin keçmiş müavini vəfat etdi

07/03/2026 21:45
55
İran generalı ÖLDÜRÜLDÜ

İran generalı ÖLDÜRÜLDÜ

07/03/2026 21:29
52
Pezeşkian Əliyevə mesaj göndərdi: Nələrə işarə etdi?

Pezeşkian Əliyevə mesaj göndərdi: Nələrə işarə etdi?

07/03/2026 21:11
55

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

06/03/2026 09:24
77

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

06/03/2026 06:39
59

BƏƏ-dən İrana SƏRT ZƏRBƏ: Aktivlərin dondurulması gündəmdədir

BƏƏ-dən İrana SƏRT ZƏRBƏ: Aktivlərin dondurulması gündəmdədir

06/03/2026 06:19
72

Sançez Livana yardım çağırışı etdi – humanitar dəstək artırılacaq

Sançez Livana yardım çağırışı etdi – humanitar dəstək artırılacaq

06/03/2026 05:29
62

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In