ABŞ və İsrailin İrana endirdiyi hücumlar nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun iki yüksək rütbəli zabiti öldürülüb.
NOCOMMENT.az xəbər verir ki, hücumlar zamanı İsfahanda yerləşən “Sahib əz-Zaman” İnqilab Keşikçiləri Korpusunun koordinator müavini, briqada generalı Hacı Əli Haşimi və “Xatəm əl-Enbiya” Mərkəzi Qərargahının komandanı Əbu Qasim Babaiyan həlak olub.
İsrail ordusunun açıqlamasına görə, Babaiyan İranın Ali Liderinin hərbi ofisinə də rəhbərlik edib və İranın regional müttəfiqləri vasitəsilə İsrailə qarşı hücumların əlaqələndirilməsində mühüm rol oynayıb.
Bundan əlavə, İsrail ordusu İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələrinin qərargahına da zərbə endirdiyini iddia edib.














