Çərşənbə, İyul 8, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Deputatdan mühüm təklif

30/09/2025 14:15
Gündəm
41 2
Deputatdan mühüm təklif
55
Baxış sayı

Milli Məclisin bugünkü plenar iclasında çıxış edən deputat Razi Nurullayev Azərbaycanda “Müflisləşmə və iflas haqqında” qanunun olduğunu xatırladıb.

 

Gündəm 24.az məlumatına görə, o qeyd edib ki, məqsəd borclu şəxslərin iqtisadi vəziyyətini normallaşdırmaq və onları yenidən bazara qaytarmaqdır:

 

“Hazırkı qanun bunu edə bilirmi? Birmənalı yox. Zaman keçdikcə iqtisadi şərait və müflisləşmə prosedurlarına olan ehtiyac dəyişib. Bu qanunun digər ölkələrdəki müflisləşmə və iflas qanunları ilə müqayisəsini aparsaq, acınacaqlı mənzərə ortaya çıxır. Ona görə də “Müflisləşmə və iflas haqqında” qanunun iş planına salınmasını və təkmilləşdirilməsini təklif edirəm.

 

Azərbaycanda müflisləşmə və iflas yalnız bir dəfəyə, ümumi prosedur kimi nəzərdə tutulub. Həm də hüquqi və fərdi müflisləşmələr arasında fərqlər açıq şəkildə nəzərə alınmayıb”.

 

Razi Nurullayev əlavə edib ki, Azərbaycanda hüquqi müflisləşmə proseduru daha çevik və borclu şirkətlərin fəaliyyətini davam etdirməsinə imkan verəcək şəkildə təkmilləşdirilməlidir:

 

“Borclulara işlərini bərpa etmək və iqtisadi vəziyyətlərini düzəltmək üçün dəstək proqramlarının əlavə edilməsi faydalı ola bilər. Azərbaycanda borcluların və şirkətlərin yenidən qurulması üçün tam mükəmməl mexanizm yoxdur. Bu sahədə əlavə təkmilləşdirmələr tələb olunur. Azərbaycan qanunvericiliyində borclu şəxslərin borcunun silinməsi və ya azaldılması üzrə daha elastik bir sistemin tətbiqi müflisləşmə prosedurunu daha effektiv edərdi. Şirkətlərə borclarını ödəmək və eyni zamanda fəaliyyətlərini davam etdirmək üçün daha çevik bir sistem tətbiq edilməlidir.

 

Azərbaycanda da fərdi şəxslər üçün uzun müddət ərzində borclarını ödəməyə imkan verən sistemlər inkişaf etdirilməlidir”.

 

Deputat təklif edib ki, qanuna ciddi dəyişikliklər bu sahələr üzrə nəzərdən keçirilsin:

 

“Birinci, reabilitasiya sistemləri. Azərbaycanda müflisləşmənin yalnız iflasla bitməməsi, şirkətlərin və fərdi şəxslərin iqtisadi vəziyyətini normallaşdırmaq üçün müxtəlif reabilitasiya proqramlarının tətbiq edilməsi həyata keçirilsin.

 

İkincisi, şirkətlər üçün könüllü razılaşma və borc restrukturizasiyası: Şirkətlərə daha çevik və uzun müddətli borc ödəmə imkanları təqdim etmək müflisləşmənin nəticələrinin daha az zərərli olmasına səbəb olar.

 

Üçüncü, fərdi şəxslər üçün müflisləşmə prosedurlarının yüngülləşdirilməsi. Fərdi şəxslərin müflisləşmə nəticəsində bizneslərinə davam etmələrini təmin etmək üçün borclu şəxslərin müflisləşmə müddətini uzadaraq daha yumşaq qaydalar tətbiq olunsun. Bu düzəlişlər Azərbaycanın müflisləşmə və iflas qanunvericiliyini daha çevik və effektiv hala gətirə bilər”.

Oxşarxəbərlər

Ana cəza çəkirsə, uşaqların himayəsini kim üzərinə götürür? – HÜQUQİ İZAH
Gündəm

Ana cəza çəkirsə, uşaqların himayəsini kim üzərinə götürür? – HÜQUQİ İZAH

03/07/2026 15:49
57
Arzumun rəfiqəsindən ŞOK AÇIQLAMA: “Ətrafındakı məxluqlar onu bu günə qoydu!”
Gündəm

Arzumun rəfiqəsindən ŞOK AÇIQLAMA: “Ətrafındakı məxluqlar onu bu günə qoydu!”

03/07/2026 15:45
56
“Heç bir barışıq olmayacaq, cəzanın artırılmasını istəyirik” – Amalın bacısı
Gündəm

“Heç bir barışıq olmayacaq, cəzanın artırılmasını istəyirik” – Amalın bacısı

03/07/2026 13:47
59
Leyla Əliyevanın doğum günüdür
Gündəm

Leyla Əliyevanın doğum günüdür

03/07/2026 08:40
61
Ləman Ələşrəfqızını aldadan şəxs saxlanıldı
Gündəm

Ləman Ələşrəfqızını aldadan şəxs saxlanıldı

02/07/2026 21:02
54
Aida Eyvazlı Göytürkün kitabları Almaniyanın XVI əsr kitabxanasında
Gündəm

Aida Eyvazlı Göytürkün kitabları Almaniyanın XVI əsr kitabxanasında

02/07/2026 17:12
56

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

NATO-nun yekun bəyannaməsi imzalandı – Türkiyə öhdəlik götürdü

NATO-nun yekun bəyannaməsi imzalandı – Türkiyə öhdəlik götürdü

08/07/2026 16:48
50
“İnsanlar Marsa getmir” – Bakı-Tiflis qatarının qiymətinə sərt REAKSİYA

“İnsanlar Marsa getmir” – Bakı-Tiflis qatarının qiymətinə sərt REAKSİYA

08/07/2026 16:47
50
Balakən sakinini sel apardı

Balakən sakinini sel apardı

08/07/2026 16:40
50
Bakıda DƏHŞƏT: Kişi və arvadının meyitləri tapıldı

Bakıda DƏHŞƏT: Kişi və arvadının meyitləri tapıldı

08/07/2026 16:25
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

08/07/2026 10:03
60

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

07/07/2026 13:08
64

Dərələyəzin möhtəşəm qalaları: Tarixin sıldırım qayalar üzərində yazdığı izlər

Dərələyəzin möhtəşəm qalaları: Tarixin sıldırım qayalar üzərində yazdığı izlər

07/07/2026 09:50
57

Qərbi Azərbaycanın tarixi irsi: Sürməli qalasının keçmişi və bu günü

Qərbi Azərbaycanın tarixi irsi: Sürməli qalasının keçmişi və bu günü

06/07/2026 10:07
64

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.