İranı məhv etmək istəyənlər tarixdən dərs almayıblar.
Gündəm24.az xəbər verir ki, bu sözləri İran prezidenti Məsud Pezşkian sosial media hesabında yazıb.
“İran ən azı 6000 illik bir sivilizasiyanın varisidir. Tarixin çətin sınaqlarından keçən heç bir güc bu tarixi adı silə bilməyib. İranı məhv etmək arzusunda olanlar tarixdən dərs almayıblar. Təcavüzkarlar gəlib gedib, İran isə ayaqda qalmaqdadır” – o, sosial mediadakı açıqlamasında qeyd edib./teleqraf














