Çərşənbə, Sentyabr 23, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

ABŞ İranın yerində “Böyük Kürdüstan” quracaq? – Qorxunc ssenari

25/03/2026 22:20
Dünya
817 43
ABŞ İranın yerində “Böyük Kürdüstan” quracaq? – Qorxunc ssenari
712
Paylaşım sayı
989
Baxış sayı

ABŞ və İsrailin İrana hücumu, Yaxın Şərqdə gərginliyin artması və quru əməliyyatları ilə bağlı səsləndirilən iddialar fonunda “Böyük Kürdüstan” planı yenidən gündəmə gəlib.

Gündəm24.az  xəbər verir ki, İran sərhədində yaşayan kürd əsilli əhalinin təşkilatlandırılması, İraq kürdlərinin əraziyə müdaxiləsi və ölkənin daxildən parçalanması istiqamətində planların olduğuna dair məlumat yayılır.
Ekspertlər hesab edir ki, belə bir vəziyyət regionda sərhədlərin və güc balansının yenidən formalaşmasına səbəb ola bilər.
Globalinfo.az-a danışan siyasi şərhçi Elnur Ənvəroğlu deyib ki, həm İsrail, həm də onun başlıca dəstəkçisi olan ABŞ-ın məqsədi İranı regionda zəiflətmək, proksi qüvvələrini tamamilə tərksilah etmək və nüvəsizləşdirməkdir:
“İranın parçalanması və daxildə kürd dövlətinin yaradılması məsələsi sözlə deyildiyi qədər asan proses deyil. Bu cür bir planın reallaşdırılmasının arxasında trilyonlarla dollar büdcə sərfi və eyni zamanda regionda maksimum eskalasiya riski qarşıda gözlənə bilər. İraq və Suriya Yaxın Şərqin ən təhlükəli poliqonlarından olub. Orada keçmiş dövlətlərin idarəetmə sistemi qismən Qərbin nəzarəti və təsiri altında idi. Məsələn, 1980-ci illərdə İraq tamamilə Qərb dövlətlərinin təsiri altında olub.
İran-İraq müharibəsi məhz elə Qərbin planlarından idi ki, Sovet İttifaqını “Baath” hərəkatının vasitəsilə bölgədə zəiflətsinlər. İraq regionda Qərb üçün bir vassal və ya alternativ proksi qüvvə idi. Səddam Hüseynin devrilməsi, onun xalqının əli ilə edam edilməsi kimi faktlara baxanda, həmin dövlətlərdə sistemin İrandakı kimi möhkəm təməllər üzərindən dayanmadığı görünür. Yəni, bir sözlə, istər Suriya olsun, istər İraq, hər ikisindəki dövlətləri quran da, yıxan da Qərbdir. Məsələn, İraqın Küveytə hücumunda, yəni 1990-cı illərdəki Körfəz savaşında ABŞ ordusuna dəstək olan kim idi? Əlbəttə, Hafiz Əl Əsəd.
İran dövləti və ideoloji təməli millenium bir tarixə dayanır. Müasir müharibədə çoxları İranı “mollabaş” qondarma rejim kimi təsəvvür edir və onun NATO silahları qarşısında məğlub olacağını proqnozlaşdırırdı. Amma deyilənlər əks nəticələr verdi. Ümumiyyətlə, dövlət və ya bir ailə oxşar faktordur. Yumruq kimi vahid ideoloji birlik ətrafında birləşəndə onu yıxmaq çətin olur. Bu yumruğu dağıtmaq üçün ilk növbədə İsrail və ABŞ trilyonlarla dollar xərcləməli olacaqlar ki, İranı əvvəla tam sarsımış vəziyyətə gətirə bilsinlər”.
Siyasi şərhçi bildirib ki, “Kürdüstan” dövləti qurmaq üçün Qərbin dəstəyi ilə yerli qüvvələr silahlandırılmalı və möhkəm bazaya sahib olmalıdırlar:
“ABŞ-da Donald Trump hakimiyyətə gələndə həmin maliyyə institutlarının bir çoxunu tənqid etdi və bağlanması əmrini verdi. NED, USAİD və ya bir sıra Soros fondları məhz bu cür bölgələrdə kiçik forpost dövlətlər yaratmaq üçün işləyən mexanizm idi. Bu gün isə onlar aradan qaldırılıb və faktiki ABŞ-ın “Kürdistan” adı altında bir qruplaşmanı maliyyələşdirmək niyyəti yoxdur. İsrailin də tək başına bu layihənin altına girməyə gücü çatmayacaq. Bu səbəbdən sözügedəb fikir subyektiv səslənir, amma real görünmür. İran hələ ki, gözlədiyimizdən daha çox güclüdür. Onun strateji imkanları ətraf dövlətlərin təhlükəsizlik məsləsinə görə özünü müharibənin genişləndirilməsindən qoruya bilməsinə şərait yaradır.
Suriyada müharibənin tək əks təsiri Türkiyəyə idi. Nə Körfəz dövlətləri, nə də digər bölgələr, lap Azərbaycan belə oradakı poseslərdən təsirlənmirdi. İranın isə 7 həmsərhəd olduğu dövlətlər və əlavə olaraq bölgədə Hörmüzə bağlı ərəb dövlətləri həyəcan təbili verir. Bu nə deməkdir? Yəni, İran Yaxın və Orta Şərqin “gaia” anlayışıdır. (gaia – qalaktikalarda parlayan enerji mərkəzi anlamına gəlir”.
Onun sönməsi bir qalaktikanın parçalanması və ulduz dənələrinin yaranması deməkdir. İranın parçalanması da buna bənzəyə bilər. İran gələcəkdə parçalanarsa, bu, heç kimə xeyir gətirməyəcək. Əksinə, regionda xaos vəziyyətinin episentirini genişləndirəcək. İranda təhlükənin minimuma enəcəyi şəkildə hakimiyyət dəyişikliyi sadəcə daxildəki qüvvələrin əli ilə mümkündür”.

Oxşarxəbərlər

Hörmüzdə gecə saatlarında DƏHŞƏT — Ölənlər var
Manşet

Hörmüzdə gecə saatlarında DƏHŞƏT — Ölənlər var

23/09/2026 00:18
970
Türkiyə və Ermənistanın münasibətləri… – Ərdoğan etiraf etdi
Dünya

Türkiyə və Ermənistanın münasibətləri… – Ərdoğan etiraf etdi

22/09/2026 21:59
955
Rusiyada ticarət mərkəzində yanğın: Ölənlər və yaralananalar var – VİDEO
Dünya

Rusiyada ticarət mərkəzində yanğın: Ölənlər və yaralananalar var – VİDEO

22/09/2026 18:35
1k
İranda hicab qadağası ləğv edildi? – Tehrandan gözlənilməz xəbərlər gəlir
Dünya

İranda hicab qadağası ləğv edildi? – Tehrandan gözlənilməz xəbərlər gəlir

22/09/2026 17:13
969
İrəvanda hökumət binasında Azərbaycan bayrağı? – FOTO
Dünya

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? – FOTO

22/09/2026 14:00
956
ABŞ İrana qarşı sərt addım atır: Bütün aviaşirkətlər bağlanır
Dünya

ABŞ İrana qarşı sərt addım atır: Bütün aviaşirkətlər bağlanır

22/09/2026 13:31
955

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Günün qoroskopu: Səbrinizi SINAYACAQ bir vəziyyət

Günün qoroskopu: Səbrinizi SINAYACAQ bir vəziyyət

23/09/2026 01:48
962
Səfirliyimizdən müraciət: İrandan qayıtmaq istəyənlər DİQQƏT!

Səfirliyimizdən müraciət: İrandan qayıtmaq istəyənlər DİQQƏT!

23/09/2026 01:11
956
Rusiya azərbaycanlı aparıcıya qadağa qoydu

Rusiya azərbaycanlı aparıcıya qadağa qoydu

23/09/2026 00:48
976
Hörmüzdə gecə saatlarında DƏHŞƏT — Ölənlər var

Hörmüzdə gecə saatlarında DƏHŞƏT — Ölənlər var

23/09/2026 00:18
970

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

22/09/2026 08:17
975

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
963

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
961

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.