Çərşənbə, Sentyabr 23, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

31 Mart Azərbaycanlıların Soyqırımından 108 il keçir

31/03/2026 00:07
Gündəm, Manşet
821 34
31 Mart Azərbaycanlıların Soyqırımından 108 il keçir
708
Paylaşım sayı
983
Baxış sayı

31 Mart Azərbaycanlıların Soyqırımından 108 il keçir.

Gündəm24.az xatırladır ki, Mart hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Göyçay, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütyundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın kimi tarixə yazılıb.

Ermənilərin soyqırıma hazırlığı

Erməni daşnak–rus bolşevik qüvvələrinin Azərbaycanlılara qarşı mart qırğınına başlama ərəfəsində menşevik, eser, kadet və daşnaklar bütün qüvvələri ilə onlara kömək göstərdi. Daha doğrusu, Stepan Şaumyanın başçılıq etdiyi Bakı Sovetini müdafiə etdilər. Bakı Sovetinin hərbi-inqilabi komitəsinə rəhbərlik edən erməni Korqanovun yaratdığı “inqilabi” orduya bir nəfər də olsun azərbaycanlı qəbul edilmirdi. Ermənilər isə yeni yaradılan orduya cəlb edilərək ciddi silahlandırılırdılar. Bu faktı erməni müəlliflərinin özləri də etiraf edib.

Azərbaycanlıların qətliamı

Martın 30-da bolşevik –daşnak ordusu hərəkətə keçərək azərbaycanlıları qətlə yetirməyə başlayır. Bolşeviklər tərəfindən martın 31-də bütün mübarizəni öz üzərinə götürən inqilabi müdafiə komitəsi yaradılır . Bu komitənin tərkibinə P. Caparidze, Q. Korqanov, İ. Suxartsev (sol eser), Stepan Şaumyan daxil idilər. Eyni zamanda mart döyüşləri günlərində Bakıda bolşevik dəstəsinin rəisi N. Anançenko, komissarı isə S. Martikyan idi. Azərbaycan əhalisinə qarşı vuruşmada erməni milli hissələrindən istifadə etmək və sağ eserlərin və daşnakların arxasınca gedən rus və erməni fəhlələri Sovet hakimiyyəti tərəfindən mübarizəyə cəlb etmək üçün İnqilabi Müdafiə Komitəsi həmin partiyaların nümayəndələrini də dəvət etmişdilər. Bakıda azərbaycanlılar, erməni daşnak-rus bolşevik silahlı dəstələrinin aktiv fəaliyyətini gördüyündən, özünümüdafiə tədbirləri görməliydi və silaha əl atmağa məcbur idilər. Lakin azərbaycanlıların hərbi təşkilatı və sursatı kifayət qədər deyildi, hətta, demək olar ki, yox dərəcəsində idi. Belə olan halda, təbiidir ki, mübarizədə azərbaycanlıların qalib gəlməsi mümkün deyildi. Bunu yaxşı başa düşən S. Şaumyan və erməni daşnakları Bakı şəhərində qabaqcadan planlaşdırılan və xüsusi hazırlıq görülmüş dəhşətli qırğınlara, qarətlərə başladılar. Bütün faciələr azərbaycanlıların yaşadığı məhəllələrdə baş verirdi. Fövqəladə İstintaq Komissiyasınin sənədində qeyd olunur ki, Erməni Milli Komitəsinin hərbi drujinası adlandırılan Yeqişa Paxlavuninin rəhbərlik etdiyi erməni silahlı dəstəsi müsəlmanların yaşadığı ərazilərə atəş açmağa başladı. Demək olar ki, eyni bir vaxta Levon Saatsazbekovun erməni dəstəsi şəhərin “Şamaxinka” adlanan hissəsini atəşə tutdu. Martın 19-da səhər tezdən, hələ müsəlmanların oyanmadığı bir vaxta, erməni əsgərləri hücuma keçdilər. Ermənilərin birinci hücumu şəhərin “Kərpiçxana”, “Məmmədli” və “Zibilli Dərə” adlandırılan hissəsinə istiqamətlənmişdi. Burada yaşayan əhalinin, demək olar ki, hamısı müsəlmanlar idi. Şəhərin bu rayonu və başqa müsəlman rayonları dənizdən “Ərdəhan” və “Janr” hərbi paraxodlarının toplarından atəşə tutulurdu, “Ermənikənd” tərəfdən isə, ermənilər toplardan atəş açırdılar. Erməni hərbi hissələri Sovetlərii və bolşevikləri müdafiə bəhanəsi ilə azərbaycanlılara amansızcasına və qəddarcasına divan tuturdular.

Bakı şəhərində müsəlman əhalisinə qarşı ermənilərin törətdikləri qanlı cinayətlərini açıb göstərən sənədlərdə qeyd olunur ki, yaxşı silahlanmış, təlim keçmişerməni əsgərləri çoxlu miqdarda pulemyotların mühafizəsi ilə hücum edirdilər. Sonralar təkcə bir yerdə torpağın altından 57 müsəlman qadın və qızın meyidi tapılmışdır. Onların qulaqlarını, burunlarını kəsmiş, qarınlarını yırtmışdılar. Fövqəladə İstintaq Komissiyasının sənədlərində həmin hadisələrin şahidlərinin ifadəsinə əsasən, 1918-ci ilin martında, yalnız Bakıda daşnak- bolşeviklər, menşeviklər və başqa partiyalarla birgə 15 mindən çox günahsız müsəlmanın qətlə yetirildiyi göstərilmişdi.

Qətliamın dayandırılması

Ermənilərin dinc müsəlmanları qətlə yetirmələri, yalnız 36-cı Türkistan polkunun tələbindən və dənizçilərin hədələrindən sonra dayandırılmışdı. Dənizçilər tələb etmişdilər ki, əgər ermənilər müsəlmanları öldürməkdən əl çəkməsələr, onda ermənilərin yaşadığı hissələrə toplardan atəş açacaqlar. “Ərdəhan” və “Krasnovodsk” hərbi gəmiləri şəhərin şərq hissəsində yerləşən limanına yaxınlaşdı. Yalnız bundan sonra ermənilər məcbur olub atəşi və qırğınları dayadırmışdılar. Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti isə qırğını dayandırmaq üçün elə bir ciddi cəhd göstərməmişdi.

Soyqırımın qurbanları

Təxmini hesablamalara görə, Mart soyqırımı zamanı Bakıda 15–20 min, Şamaxıda 7 min, Qubada isə 6 min nəfər öldürülüb.Salyan, Nəvahi, Lənkəran, Kürdəmir və digər ərazilərdə də qırğınlar törədilsə də, öldürülən insanların sayı dəqiq bilinmir.

Soyırıma siyasi qiymət verilməsi

Həmin hadisələrdən uzun illər keçdikdən sonra 1998-ci ilin martında Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış sənədlə 31 Mart Azərbaycanlıların Soyqırım Günü kimi elan edilib. 2013-cü ildə isə Prezident İlham Əliyevin qərarı ilə soyqırımda öldürülənlərin xatirəsinə Quba Soyqırımı Memorial Kompleksi yaradılıb.

Oxşarxəbərlər

Günün qoroskopu: Səbrinizi SINAYACAQ bir vəziyyət
Manşet

Günün qoroskopu: Səbrinizi SINAYACAQ bir vəziyyət

23/09/2026 01:48
960
Rusiya azərbaycanlı aparıcıya qadağa qoydu
Manşet

Rusiya azərbaycanlı aparıcıya qadağa qoydu

23/09/2026 00:48
976
Hörmüzdə gecə saatlarında DƏHŞƏT — Ölənlər var
Manşet

Hörmüzdə gecə saatlarında DƏHŞƏT — Ölənlər var

23/09/2026 00:18
970
Prezident o gülməli hadisədən danışdı: Ermənilər Laçından çıxanda… – VİDEO
Manşet

Prezident o gülməli hadisədən danışdı: Ermənilər Laçından çıxanda… – VİDEO

22/09/2026 22:55
965
“Onlar üçün ən qiymətli iki məsələ var idi” – VİDEO
Gündəm

“Onlar üçün ən qiymətli iki məsələ var idi” – VİDEO

22/09/2026 22:11
955
Prezidentin sosial media hesablarında VİDEOÇARX paylaşıldı
Gündəm

Prezidentin sosial media hesablarında VİDEOÇARX paylaşıldı

22/09/2026 21:47
954

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Günün qoroskopu: Səbrinizi SINAYACAQ bir vəziyyət

Günün qoroskopu: Səbrinizi SINAYACAQ bir vəziyyət

23/09/2026 01:48
960
Səfirliyimizdən müraciət: İrandan qayıtmaq istəyənlər DİQQƏT!

Səfirliyimizdən müraciət: İrandan qayıtmaq istəyənlər DİQQƏT!

23/09/2026 01:11
954
Rusiya azərbaycanlı aparıcıya qadağa qoydu

Rusiya azərbaycanlı aparıcıya qadağa qoydu

23/09/2026 00:48
976
Hörmüzdə gecə saatlarında DƏHŞƏT — Ölənlər var

Hörmüzdə gecə saatlarında DƏHŞƏT — Ölənlər var

23/09/2026 00:18
970

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

22/09/2026 08:17
975

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
963

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
961

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.