Prezident ABŞ silahlı qüvvələrinin “fövqəladə” olduğunu bildirib.
Gündəm24.az xəbər verir ki, Reuters xəbər agentliyinin məlumatına görə, Prezident Donald Tramp bildirib ki, ABŞ İrana qarşı əməliyyatının əsas məqsədlərinə çatmağa yaxındır. “Silahlı qüvvələrimiz fövqəladə olub. Hərbi cəhətdən heç vaxt belə bir şey olmayıb. Hamı bu barədə danışır və bu gecə məmnuniyyətlə deyə bilərəm ki, bu əsas strateji məqsədlər tamamlanmaq üzrədir”, – deyə o, televiziya ilə xalqa müraciətində bildirib.
ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyata başladılar. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri zərbələrə məruz qaldı. Ağ Ev hücumu İrandan gələn raket və nüvə təhdidləri iddiaları ilə əsaslandırdı. İslam İnqilabı Keşikçiləri Korpusu İsraildəki obyektləri hədəf alaraq cavab əməliyyatı elan etdi. Bəhreyn, İordaniya, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-dəki ABŞ hərbi bazalarına da zərbələr endirildi. Ali Rəhbər Ayətullah Əli Xamenei və bəzi digər İran liderləri ABŞ-İsrail birgə hücumunda öldürüldü.
Sədaqət Həsənova














