Prezidentin sözlərinə görə, ABŞ İranın yeni rəhbərliyi ilə razılığa gəlməyə çalışır.
Gündəm24.az xəbər verir ki, Prezident Donald Tramp Tehranla razılaşma əldə olunmazsa, ABŞ-ın İranın elektrik stansiyaları və neft infrastrukturuna sərt zərbələr endirməyə hazır olduğunu bildirib. O qeyd edib ki, yeni İran rəhbərliyi daha az radikal olsa da, razılaşma əldə olunmazsa, əsas hədəflərə diqqət yetiriləcək: “Əgər razılaşma olmazsa, elektrik stansiyalarının hər birinə çox sərt və ehtimal ki, eyni vaxtda zərbə endirəcəyik”.
Tramp əlavə edib: “Biz onların neftinə zərbə endirməmişik, baxmayaraq ki, bu, ən asan hədəfdir, amma bunu etsəydik, onlar buna heç nə edə bilməzdi”.
ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyata başladılar. Tehran və digər böyük şəhərlər zərbələrə məruz qaldı. İslam İnqilabı Keşikçiləri Korpusu İsraildəki obyektləri hədəf alaraq cavab əməliyyatı elan etdi. Bəhreyn, İordaniya, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-dəki ABŞ hərbi bazalarına da zərbələr endirildi. Ali Rəhbər Ayətullah Əli Xamenei və bəzi digər İran liderləri ABŞ-İsrail birgə hücumunda öldürüldü.
Sədaqət Həsənova














