İran ABŞ ilə müvəqqəti atəşkəs ideyasını dəstəkləməyəcəyini və hərbi əməliyyatların tamamilə dayandırılmasında israr etdiyini bildirib.
Gündəm24.az xəbər verir ki, cavab Pakistan vasitəsilə göndərilib.
Məlumata görə, 10 maddədən ibarət cavabda İran əvvəlki təcrübələri nəzərə alaraq, atəşkəsi rədd edib və öz maraqları nəzərə alınmaqla müharibənin birdəfəlik başa çatmasının vacibliyini vurğulayıb.














