İntensiv yağışlardan sonra paytaxtın küçə və prospektlərinin asfalt örtüyündə yaranan çuxur və çökmələr sürücülərə problem yaratmaqdadır.
Gündəm24.az -ın məlumatına görə, “Qafqazinfo”ya müraciət edən sürücü bildirib ki, təhlükəli çuxurlardan biri də Heydər Əliyev prospektinin köməkçi yolunda – Bağırov körpüsünün alt hissəsində yaranıb.
Onun sözlərinə görə, çuxura düşən avtomobillərin bəzilərinin təkəri partlayır. Öz maşınının da təkərinin partladığını deyən şikayətçi aidiyyəti qurumları problemi həll etməyə çağırıb.
AAYDA-nın əməkdaşları qeyd edilən ünvandakı çuxuru təmir ediblər.
Həmin görüntüləri təqdim edirik:

















