Mənim uğurlu, sponsorlu verilişimi yuxarıdan bağlatdırdılar.
Gündəm24.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı, siyasi şərhçi Kamran Həsənli “Barometr TV”yə müsahibəsində deyib.
“Dedim ki, Vahid müəllim, nə istəyirsiniz? Məsələ puldursa, iki qatını verim. Vahid müəllim dedi ki, mənə zəng edirlər. Dedi ki, ay Kamran, sən bu Əli Həsənova nə etmisən? Ə.Həsənov V.Mustafayevə deyib ki, Kamran ora çıxır əli ilə Turan işarəsi göstərir, ona kim icazə verib? Onun yeri o kameranın önü deyil, onun yeri başqa kameradı.
İndi görün kimin yeri haradır, mənim yoxsa onun? Elə mənim yerim bu kameranın qabağıdır, nə var ürəyimdə danışacam. Vahid müəllim də demişdi ki, Əli müəllim əgər qanunla o əl hərəkəti qadağandırsa, deyin, qadağan edək, amma efirdə elə qadağa yoxdur axı”, – deyə K.Həsənli bildirib.\\sfera.az














