Ermənistan Baş naziri Nikol Paşinyan seçki kampaniyası çərçivəsində bölgələrə səfəri zamanı maraqlı bir foto çəkdirib.
Gündəm24.az xəbər verir ki, o, Vladimir Leninin köhnə bir büstü ilə qarşılaşıb.
“Lenin heykəlini subsidiya ilə təmir etmişik? – Baş nazir zarafatla bildirib. – Nə yaddaqalan, unikal bir yerdir. Şəklimi çək”.
Yeri gəlmişkən, oxşar qarşılaşma 2017-ci ildə də baş verib. O zamanlar “Çıxış” fraksiyasının rəhbəri olmuş Nikol Paşinyan “Facebook” səhifəsində Vladimir Leninin heykəlinin təsvir olunduğu bir şəkil paylaşıb. Təəccüblü olan odur ki, Leninin heykəli Ermənistan Milli Məclisində yerləşirdi.
“Mən onu Milli Məclisdə gördüm. Yəqin ki, aprel ayında Milli Məclisin zalına aparmaq üçün gətiriblər. Sonuncu bolşevikin seçki kampaniyasının başlanğıcı”, – deyə Nikol Paşinyan fotoya şərh yazıb.














