“Ermənistanda neft məhsulları bazarında monopoliyanın aradan qaldırılması ilə bağlı səkkiz illik prosesə son qoyan son amil məhz budur”.
Gündəm24.az Ajans.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Vətəndaşlarımız soruşurlar: niyə səkkiz il? Cavab çox sadədir: çünki biz təkcə tədbir görmürük, sözün əsl mənasında, bəzən fərqli yerlərdə fərqli qolları olan mafiya ilə mübarizə aparırıq”, – Baş nazir qeyd edib.













