“69 yaşımda etiraf edim? Gecdi… O vaxt Firuzə İbrahimovanı bəyənirdim, istədim onu. 16-17 yaşı var idi. Mənim də eyni. İstəyirdim, gedib-gəlirdim, razılaşmadı. İndi deyir ki, bilsəydim Kukla Teatrında işləyəcəksən, razılaşardım”.
Gündəm24.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rəhman Rəhmanov “Günə bax” verilişində deyib. Aktyor Əməkdar artist Firuzə İbadova ilə bağlı etiraf edib. O bildirib ki, illər əvvəl müğənniyə elçi düşüb.
F.İbadova isə onun sözlərinə “Ürəyinə gəlir deyir. Qoy, desin. Rəhmanı və xanımını çox istəyiəm. Sənətimi o qədər sevirdim ki… O qədər elçi gəlirdi. Mənim bir Məcnunum var idi: səhnə. İndiyənə qədər də sənətimi sevirəm” cavabını verib. //axşam.az














