İranda İsrailin xarici kəşfiyyat xidməti “Mossad”la əlaqədə günahlandırılan Sultan Əli Şirzadi Fəxr edam olunub.
Gündəm24.az xəbər verir ki, İran mediasının yaydığı məlumata görə, o, uzun illər ərzində müxalif “Mücahidini-Xalq” təşkilatının üzvü olub və müxtəlif sahələrdə bu qurumla əməkdaşlıq edib.
Bildirilir ki, Sultan Əli Şirzadi Fəxr İrana qarşı terror əməliyyatlarında iştirak etdiyini etiraf edib.
Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb./KONKRET.az














