Bazar ertəsi, Sentyabr 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Mətbuat Şurası çağırış etdi: Buna son dərəcə həssas yanaşın!

05/05/2026 12:44
CƏMİYYƏT
795 60
Mətbuat Şurası çağırış etdi: Buna son dərəcə həssas yanaşın!
708
Paylaşım sayı
983
Baxış sayı

Media orqanları və jurnalistlər müsahibə götürdükləri şəxslərin fikirlərini hissələrə bölərək, müxtəlif sərlövhələrlə təqdim edirlər. Əlbəttə, bu onların müstəsna hüququdur və heç şübhəsiz, geniş izləyici və oxucu auditoriyası toplamağa hesablanıb. Lakin bir çox hallarda bu üsula üstünlük verilməsi müsahiblərdə ciddi narazılıq doğurur. Narazılıq, xüsusən, həmin hissələrin sosial şəbəkələrdə paylaşılması zamanı meydana çıxır.

Gündəm24.az xəbər verir ki, bu, Azərbaycan Mətbuat Şurasının yaydığı məlumatda əksini tapıb.

Qeyd olunub ki, sosial şəbəkə istifadəçiləri münasibətlərini, bir qayda olaraq, müsahiblərin yanaşmalarına, onların haqqında söz açdıqları məsələ ilə bağlı söylədikləri digər fikirlərə diqqət yetirmədən, yaxud yalnız irəliyə çıxarılmış sərlövhəyə köklənərək bildirirlər:

“Təcrübə göstərir ki, adətən belə durumlarda əsl mahiyyət kənarda qalır. Mövcud müstəvidəki ən yolverilməz hal isə müsahiblərin sosial şəbəkə istifadəçiləri tərəfindən əsassız ittihamlarla üzləşmələridir. Belə ki, 29 aprel 2026-cı il tarixində Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevdən “Qaranlıqda həqiqət” verilişi tərəfindən müsahibə alınıb. Müsahibədə V.Quliyevin bir alim və diplomat kimi səsləndirdiyi fikirlər önə çıxarılmaq əvəzinə, onun məhz övladı – mərhum Humay Quliyeva ilə bağlı sual-cavab hissəsi qısa videolar şəklində sözügedən verilişin anonslarında təqdim edilib və digər media qurumları da məhz bu parçanı auditoriya ilə paylaşıblar. Yaranmış vəziyyətə görə Humay Quliyevanın adına yaradılmış “Huma Quşu” Təhsilə Yardım Fondu bəyanat yaymış, kəskin etirazını bildirmiş və Azərbaycan Mətbuat Şurasına mövqe bildirmək üçün müraciət etmişdir.

Şura Fondun müraciətindəki narahatlığı bölüşür və hesab edir ki, “Qaranlıqda həqiqət” verilişinin təqdimatında qeyri-həssas yanaşmaya yol verilmişdir. Mahiyyətini diplomatiya, xarici siyasət və tariximizə dair sanballı söhbət təşkil edən müsahibənin anonsları ənənəvi “reytinq yaradıcılığının” mənfi təsirinə məruz qalmış, mətnin ümumi ruhuna xələl gəlmiş, bütün bunlar mərhumun valideynlərində dərin sarsıntı yaratmışdır.

Qeyd olunmuş və digər oxşar vəziyyətləri nəzərə alaraq, Azərbaycan Mətbuat Şurası media orqanlarının bu tipli davranışlarını qınayır və onları müsahibələrin təqdimatına ehtiyatla yanaşmağa çağırır. Şura bu qənaətdədir ki, bütöv mətnlərin kontekstdən çıxarılmış fikir şəklində yayılması zamanı müsahibə verən şəxslərin barəsində söz açdıqları konkret mövzu arxa plana keçməməli, spekulyativ yanaşmalardan uzaq durulmalıdır. Çünki bütün bunlar media orqanlarına və jurnalistlərə etimadsızlıq və inamsızlıq formalaşdırır. Etimadsızlıq və inamsızlıq mühiti isə medianın nüfuzunu aşağı salır, həmçinin, cəmiyyətin dolğun bilgilərlə təminatı prosesinə mənfi təsir göstərir.

Media və jurnalistlər onu da nəzərə almalıdırlar ki, müsahibə və ya janrından asılı olmayaraq, təqdim etdikləri bütün materiallar cəmiyyət üzvləri arasında kütləvi qıcıq yaratmamalı, insanların faydalı biliklər əldə etməsini, onların dünyagörüşlərinin yüksəlməsini təmin etməlidir. Əsl ictimai missiya məhz budur. Mətbuat Şurası bütövlükdə media cameəsini özünün ictimai missiyasına məsuliyyətlə və son dərəcə həssas yanaşmağa çağırır”.

Oxşarxəbərlər

Sərhədi keçənlərin DİQQƏTİNƏ – Qaydalar dəyişdi
CƏMİYYƏT

Sərhədi keçənlərin DİQQƏTİNƏ – Qaydalar dəyişdi

21/09/2026 10:32
953
Bunu edən müəllimləri cəza gözləyir – Cərimələnəcəklər
CƏMİYYƏT

Bunu edən müəllimləri cəza gözləyir – Cərimələnəcəklər

21/09/2026 10:23
957
“Azercell” abunəçilərinə XƏBƏRDARLIQ: 22 sentyabrda …
CƏMİYYƏT

“Azercell” abunəçilərinə XƏBƏRDARLIQ: 22 sentyabrda …

21/09/2026 09:51
953
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ
CƏMİYYƏT

Paytaxt sakinlərinə XƏBƏRDARLIQ

21/09/2026 09:34
953
Bu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır
CƏMİYYƏT

Bu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır

21/09/2026 09:21
962
Bu ərazilərdə işıq olmayacaq
CƏMİYYƏT

Bu ərazilərdə işıq olmayacaq

21/09/2026 08:41
956

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Sərhədi keçənlərin DİQQƏTİNƏ – Qaydalar dəyişdi

Sərhədi keçənlərin DİQQƏTİNƏ – Qaydalar dəyişdi

21/09/2026 10:32
953
Azərbaycan XİN bu ölkələri təbrik etdi

Azərbaycan XİN bu ölkələri təbrik etdi

21/09/2026 10:30
952
Maşın aşdı: bir ailənin 3 üzvü…

Maşın aşdı: bir ailənin 3 üzvü…

21/09/2026 10:24
956
Bunu edən müəllimləri cəza gözləyir – Cərimələnəcəklər

Bunu edən müəllimləri cəza gözləyir – Cərimələnəcəklər

21/09/2026 10:23
957

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
954

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
964

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.