Xəbər verdiyimiz kimi, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda meyit aşkarlanıb.
Məlumata görə, 1999-cu il təvəllüdlü Cəmil Allahverdi oğlu Hətəmxanovun meyiti stadionun ərazisində tapılıb.
Onun hansı səbəbdən öldüyü hələlik məlum deyil.
Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu olub.













