Bazar ertəsi, Sentyabr 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

AYNA və “AzParking”: Vətəndaş əzabının analizi

10/05/2026 13:49
CƏMİYYƏT
817 16
AYNA və “AzParking”: Vətəndaş əzabının analizi
690
Paylaşım sayı
958
Baxış sayı

Bakının tıxacla boğulan küçələrində nizam yaratmaq, şəhər parklanmasını sistemləşdirmək – bunlar şübhəsiz ki, müasir bir metropolis üçün zəruri addımlardır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və onun tabeliyindəki “AzParking” MMC bu məqsədlə fəaliyyətə başladı. Lakin praktikada ortaya çıxan mənzərə idealdan çox uzaqdır. Bu məqalədə KONKRET.az-ın Analitik Qrupu həmin problemləri faktlar, vətəndaş şikayətləri və ekspert rəyləri əsasında analiz edir.

Qeyd edək ki, AYNA Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturunda fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentlik ölkədə yerüstü nəqliyyatın tənzimlənməsi, yol hərəkətinin təşkili, avtomobil daşımalarına nəzarət, sərhəd keçid məntəqələrindəki yük axınının idarə edilməsi kimi geniş vəzifələri yerinə yetirir. Fəaliyyət dairəsi böyük, lakin hesabatlılıq mexanizmləri hələ də zəif qalan AYNA şəhər sakinləri ilə gərgin münasibətlərin mərkəzinə çevrilib. Əsasən “AzParking” layihəsi üzərindən.

“AzParking”: Sistem necə işləyir və ya işləyimi?!

“AzParking” MMC, Bakı, Gəncə və Sumqayıt şəhərlərindəki ödənişli parklanma zonalarını idarə edir. Sistem mobil tətbiq və SMS üzərindən fəaliyyət göstərir. Tariflər belədir:

– *Bakı mərkəzi (1-ci zona):* saatda 1 AZN

– *2-ci zona:* saatda 70 qəpik

– *3-cü zona:* saatda 40 qəpik

– *4-cü zona:* saatda 30 qəpik

 

Saat 22:00-dan 07:00-dək və bazar günləri parklanma pulsuzdur. 15 dəqiqəyə qədər parklanmada ödəniş alınmır.

 

Vətəndaşların ən çox şikayət etdiyi texniki problem *tətbiqin qeyri-stabil işləməsidir. Sürücülər bildirir ki, tətbiq parklanma yerini səhv göstərir, bu da ikiqat ziyana, həm ödənişə, həm də cəriməyə yol açır. Bir sürücünün AYNA-ya ünvanladığı şikayətdə deyilir: “Tətbiq işləmir, mesaj göndərmək də olmur. Ancaq buna baxmayaraq mənə cərimə yazılır. Maşını park edən zaman ətrafda əməkdaşınız da olmur”.

 

Başqa bir kritik problem şirkətin əlaqə məlumatlarının mövcud olmamasıdır. “AzParking” MMC-nin nə internet saytında, nə sosial media səhifələrində telefon nömrəsi göstərilir. Vətəndaşlar problem yarandıqda kimə müraciət edəcəklərini bilmirlər. Tətbiqin dəstək bölməsindəki yeganə nömrə AYNA-nın 141 çağrı xətti isə uzun gözləmə müddəti ilə məşhurdur.

Bu məsələnin ən həssas tərəfi maliyyə yükü məsələsidir. Hesablamalar göstərir ki, iş yeri şəhər mərkəzində olan bir vətəndaş ayda təxminən 176 AZN parklanma haqqı ödəməlidir. Bu məbləği 2024-cü il üçün müəyyən edilmiş 270 AZN-lik yaşayış minimumu ilə müqayisə etdikdə, mənzərə olduqca narahatedicidir. Bu, parklanma xərcləri yaşayış minimumunun 65%-ni təşkil edir.

Sahibkarların bir hissəsi bu yükü birbaşa ölkə başçısına ünvanladığı açıq müraciətdə ifadə etdi: “İş yerimizin qarşısında avtomobilimizi saxlamaq üçün gündəlik 10 AZN ödəniş etməyimiz tələb olunur. Hətta bəzi vətəndaşlardan yaşadıqları binanın qarşısında belə maşını saxlamaq üçün ödəniş tələb olunur”.

Hava limanı parkinqlərinin də “AzParking”ə verilməsi tariflərə kəskin təsir etdi. Əvvəllər 24 saatı 5 AZN olan parkinq indi 15 AZN-dir. Bu, 4 günlük xarici səfər zamanı parkinq xərci 60 AZN-ə çatması deməkdir.

Xatirinizsədirsə, vaxtilə ən ciddi iddialar xaricdən deyil, sistemin içindən gəldi. “AzParking” MMC-nin işçisi İlyasov Kənan sosial şəbəkədə yayımladığı videoda şirkət rəhbərliyinin vətəndaşları qəsdən cərimələdiyini açıqlamışdı: “İnsanlar park etmə vaxtını açdığı halda, maşınlarının vaxtı sistemdə bağlanır. Bu zaman vətəndaşlar bizimlə əlaqə saxlayıb, “vaxtı açmışdıq, niyə cərimələnmişik?” deyirlər. Biz də dəfələrlə araşdırmışıq və nəticə olaraq görmüşük ki, bunun arxasında şirkətimizin rəhbərliyi dayanır”. İddianı daha da ciddiləşdirən fakt odur ki, şikayəti açıqlayan şəxs “hədə-qorxu ilə üzləşdiyini” açıqlayıb. Bu hal, əgər doğrudursa, sadə texniki narahatlığı hüquqi-etik problemə çevirir.

Problemin bir hissəsi “AzParking”in özündə deyil, Bakının şəhərsalma tarixindədir. Sovet dövründə tikilən çoxmənzilli binaların əksəriyyəti parkinq infrastrukturu nəzərə alınmadan layihələndirilib. Sonrakı xaotik tikinti dalgası isə bu boşluğu daha da dərinləşdirib.

Nəqliyyat eksperti Aslan Əsədov bu məsələni belə izah edir ki, “Bakıda pulsuz parkinq üçün ərazi yoxdur. Binalar arasında məsafə gözlənilməyib, qanunvericilikdə boşluqlar parkinqlə bağlı problemlərin yaranmasına səbəb olub”. Yəni ödənişli parkinq sistemi mövcud infrastruktur çatışmazlığını həll etmir, əksinə, onsuz da çətin olan vəziyyəti maliyyə yükünə çevirir. Sistemin ən böyük qüsurlarından biri “məsuliyyətin bölünməsindəki qeyri-şəffaflıqdır”. Parklanma xidməti özəl şirkət olan “AzParking” MMC-yə tapşırılıb. Lakin vətəndaşlar şikayət etdikdə dövlət qurumu olan AYNA-ya göndərilirlər. AYNA isə çox vaxt şikayətlərə cavab vermir. Bu vəziyyət “ping-pong” effektini yaradır: vətəndaş özəl şirkəti tapa bilmir, dövlət qurumu isə məsuliyyəti qəbul etmir. Araşdırmalar göstərir ki, AYNA mətbuat xidməti texniki şikayətlərə çox vaxt standart cavablarla münasibət bildirir, sistemin mövcud problemlərini isə açıq şəkildə etiraf etmir. Dünya şəhərlərinin təcrübəsinə baxdıqda görürük ki, uğurlu ödənişli parklanma sistemləri bir neçə əsas prinsipə söykənir:

  • – “Şəffaf tariflər” — qiymətlər açıq, əvvəlcədən məlum olmalıdır
  • – “Alternativ ödəniş üsulları” — yalnız mobil tətbiqdən asılılıq məhdudlaşdırıcıdır
  • – “Güclü müştəri dəstəyi” — şikayətlərə operativ cavab şərtdir
  • – “Güzəştli kateqoriyalar” — əlillər, yaşlılar, sakinlər üçün xüsusi şərtlər

Londonda, Barselonada, Sinqapurda uğurla tətbiq olunan sistemlər texnologiyanı vətəndaş rahatlığı ilə birləşdirir. Azərbaycanda isə texnoloji tətbiq vətəndaş rahatlığından öndə gedir.

Bu gün hələ də “AzParking” MMC ayrıca, fəal işləyən müştəri dəstək xətti yaratmır. MMC zəhmət çəksin tətbiqin texniki xətaları zamanı avtomatik cərimə tətbiq etməsin. Eləcə də şikayətlərə baxılması üçün açıq, izlənə bilən mexanizm qursun. Orta və uzunmüddətli addımlara gəldikdə isə sakinlər üçün ayrıca güzəştli parklanma kateqoriyası yaradılmalıdır. Pulsuz parklanma zonalarının genişləndirilməsi üçün şəhərsalma planı hazırlanmalıdır. “AzParking” MMC mütamaddi olaraq müstəqil audit tərəfindən yoxlanılmalıdır. Çünki özəl şirkətin ictimai xidmət sahəsindəki məsuliyyəti dəqiq müəyyən olunmalıdır

AYNA-nın parklanmada qaydanı bərpa etmək cəhdi özlüyündə düzgün istiqamətdir. Lakin yaxşı niyyət həmişə yaxşı icraatla müşayiət olunmur. Vətəndaşların kütləvi şikayətləri, sistem daxilindəki açıqlamalar, maliyyə yükünün ağırlığı və hesabatlılıq boşluğu göstərir ki, mövcud model köklü dəyişikliyə ehtiyac duyur. Şəhər parklanması yalnız gəlir mənbəyi deyil, eyni zamanda ictimai xidmət olmalıdır. Bu xidmətin vətəndaşın yox, sistemin mənafeyinə uyğun qurulduğu hallarda nəticə narazılıq, etiraz və inamsızlıq olur. Azərbaycanda bu narazılıq artıq gündəmdədir. Cavabı vermək isə aidiyyəti qurumlara düşür./konkret.az

Oxşarxəbərlər

Ayı 2 nəfəri parçaladı
CƏMİYYƏT

Ayı 2 nəfəri parçaladı

20/09/2026 15:00
972
Sumqayıtda qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı
CƏMİYYƏT

Sumqayıtda qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı

20/09/2026 14:21
957
Məşhur “duz səpən” Nüsrət üzə çıxdı – görün nə işlə məşğuldur 
CƏMİYYƏT

Məşhur “duz səpən” Nüsrət üzə çıxdı – görün nə işlə məşğuldur 

20/09/2026 11:00
965
Qarabağda qondarma rejimin süqutundan üç il ötür
CƏMİYYƏT

Qarabağda qondarma rejimin süqutundan üç il ötür

20/09/2026 09:50
958
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər – VİDEO
CƏMİYYƏT

Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər – VİDEO

20/09/2026 09:22
958
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
CƏMİYYƏT

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

20/09/2026 09:13
959

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”

Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”

21/09/2026 00:31
955
İndicə Trampla danışdım: çox vacib söhbət oldu – Zelenski

İndicə Trampla danışdım: çox vacib söhbət oldu – Zelenski

21/09/2026 00:29
953
Cahangir Əsgərovun qızları Londonda 6 milyona mənzil aldı-FOTO

Cahangir Əsgərovun qızları Londonda 6 milyona mənzil aldı-FOTO

21/09/2026 00:27
955
“Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi

“Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi

20/09/2026 23:02
956

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
960

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
962

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

16/09/2026 07:29
963

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.