Cümə, İyun 26, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Təcili: Rusiya Azərbaycana qarşı hərəkətə keçdi – “Qarabağ”la bağlı görün nə etdilər

12/05/2026 12:24
Siyasət
53 3
Təcili: Rusiya Azərbaycana qarşı hərəkətə keçdi – “Qarabağ”la bağlı görün nə etdilər
71
Baxış sayı

Rusiya rəsmiləri diplomatik müstəvidə Bakı ilə “strateji tərəfdaşlıq və dostluq” münasibətlərindən bəhs etsələr də, son bir həftədə baş verən hadisələr Moskvanın Cənubi Qafqaz siyasətindəki səmimiliyini ciddi şübhə altına alır. Rusiyanın dövlət kanalı olan “Birinci kanal”da yayımlanan “Vremya pokajet” verilişində Azərbaycan xəritəsinin təhrif edilərək, Qarabağın fərqli rəngdə və qondarma adla təqdim olunması Bakının kəskin reaksiyasına səbəb olub. Azərbaycan Xarici İşlər Nazirliyi bu halı “siyasi manipulyasiya və təxribat” adlandıraraq qarşı tərəfdən rəsmi izahat tələb edib. Lakin bu gərginliyin ardınca mayın 9-da Rusiyanın Ermənistandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda separatçı rejimin qondarma “spikeri” Aşot Daniyelyanın iştirakı Moskvanın siyasi mesajlarının mahiyyəti barədə sualları daha da artırıb.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, Rusiyanın ard-arda yol verdiyi bu “səhvlər” əslində təsadüfi deyil, Bakıya qarşı yönəlmiş şüurlu təzyiq cəhdləridir: “Dövlət televiziyasında xəritənin təhrif edilməsi və diplomatik protokolda separatçı elementlərə yer verilməsi Rusiyanın Azərbaycanın əldə etdiyi tam suverenliyi həzm etməkdə çətinlik çəkdiyini göstərir. Moskva bu cür rəmzi gedişlərlə bölgədəki ‘köhnə rıçaqlarını’ hələ də əlində saxlamağa çalışdığını nümayiş etdirir. Lakin unudurlar ki, Azərbaycan artıq 30 il əvvəlki dövlət deyil və istənilən təxribata diplomatik və siyasi müstəvidə ən sərt cavabı vermək iqtidarındadır. Bu addımlar ‘strateji tərəfdaşlıq’ ruhuna tamamilə ziddir və ikitərəfli münasibətlərin etibarlılığını sarsıdır”.

Onun sözlərinə görə, Kremlin bu cür manipulyasiyaları Ermənistan daxilindəki revanşist qüvvələrə də yanlış mesajlar ötürür: “Rusiya səfirliyinin qəbulunda separatçı rejimin qalıqlarının boy göstərməsi Ermənistandakı müəyyən dairələrdə ‘status-kvo’nun geri qayıda biləcəyi ilə bağlı xəyali ümidlər yaradır. Əslində, Moskva bu cür hərəkətlərlə Ermənistanı öz orbitində saxlamaq üçün ‘Qarabağ kartından’ sonuncu dəfə istifadə etməyə cəhd göstərir. Lakin bölgədə yaranmış yeni reallıq – Azərbaycanın ərazi bütövlüyünün tam bərpası və separatizmin kökünün kəsilməsi artıq geri dönməz bir prosesdir. Rusiyanın bu ‘siyasi səhvləri’ yalnız Bakının Moskvaya olan etimadını azaldır və regionda sülh prosesinə mane olur”.

Şərhçi qeyd edib ki, Rusiya rəhbərliyi ya yeni reallıqları qəbul edib Azərbaycanla bərabərhüquqlu münasibətlər qurmalı, ya da etibarını itirməklə barışmalıdır: “Azərbaycanın xarici siyasəti kifayət qədər şəffaf və prinsiplidir. Biz heç bir dövlətin daxili işimizə qarışmasına və ya suverenliyimizə kölgə salmasına imkan vermirik. Rusiyanın media və diplomatiya üzərindən həyata keçirdiyi bu isterik gedişlər əslində onun bölgədəki təsir imkanlarının daralmasından xəbər verir. Moskva anlamalıdır ki, Ermənistandakı separatçı tör-töküntüləri ilə təmas qurmaq ona heç bir siyasi dividend qazandırmayacaq, əksinə, bölgənin lider dövləti olan Azərbaycanla münasibətləri dalana dirəyəcək. Bu təxribatlara son qoyulmasa, iki ölkə arasındakı müttəfiqlik bəyannaməsinin bəndləri ciddi şəkildə sual altına düşəcək”.

Oxşarxəbərlər

Prezidentin lizinqlə bağlı ÖNƏMLİ FƏRMANI – Nələr olacaq?
Manşet

Prezidentin lizinqlə bağlı ÖNƏMLİ FƏRMANI – Nələr olacaq?

26/06/2026 13:40
59
Türkiyə PUA-ları Ermənistan sərhədində – Nə baş verir?
Siyasət

Türkiyə PUA-ları Ermənistan sərhədində – Nə baş verir?

26/06/2026 11:09
55
Zakir Həsənov onları təbrik etdi
Siyasət

Zakir Həsənov onları təbrik etdi

26/06/2026 10:02
56
İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi – FOTO
Manşet

İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi – FOTO

25/06/2026 23:19
54
Azərbaycanda yeni qurum yaradıldı – Prezidentin FƏRMANI
Manşet

Azərbaycanda yeni qurum yaradıldı – Prezidentin FƏRMANI

25/06/2026 18:18
55
Prezident imzaladı: İdarəetmədə ciddi islahatlar başladı
Manşet

Prezident imzaladı: İdarəetmədə ciddi islahatlar başladı

25/06/2026 17:21
53

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Elman Himayətoğlu idman direktoru təyin olundu

Elman Himayətoğlu idman direktoru təyin olundu

26/06/2026 18:48
50
Azərbaycanda 4 günlük iş həftəsi tətbiq oluna bilər – MÜHÜM DETALLAR

Azərbaycanda 4 günlük iş həftəsi tətbiq oluna bilər – MÜHÜM DETALLAR

26/06/2026 18:33
50
Pulunu evdə saxlayanlara xəbərdarlıq: Maliyyə yastığını belə qurun

Pulunu evdə saxlayanlara xəbərdarlıq: Maliyyə yastığını belə qurun

26/06/2026 18:23
51
18 yaşlı qızı maşın VURDU

18 yaşlı qızı maşın VURDU

26/06/2026 18:00
51

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Basarkeçər: Göyçənin qoynunda unudulmayan Azərbaycan yurdu

Basarkeçər: Göyçənin qoynunda unudulmayan Azərbaycan yurdu

26/06/2026 10:10
72

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:18
72

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:17
54

Qərbi Azərbaycanın qəlbində bir yurd – Ağbaba mahalı

Qərbi Azərbaycanın qəlbində bir yurd – Ağbaba mahalı

24/06/2026 11:12
86

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.