Şənbə, İyul 11, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Çirkli hava insanları kökəldirmiş

12/05/2026 11:18
Hadisə
50 4
Çirkli hava insanları kökəldirmiş
68
Baxış sayı

Havanın çirklənməsi qidalanma və fiziki aktivlik səviyyəsi dəyişməz qalsa belə, piyin toplanmasına və əzələ kütləsinin itirilməsinə səbəb ola bilər.

Bu barədə Balear Adaları Sağlamlıq Araşdırmaları İnstitutunun tədqiqatçılarının nəticələri “Diabetes Care” jurnalında dərc olunub.

Alimlər İspaniyada yaşayan, artıq çəki və metabolik sindromdan – yüksək qan şəkəri, hipertoniya və xolesterin mübadiləsinin pozulmasının birləşməsindən əziyyət çəkən 55-75 yaş arası 1454 nəfərin məlumatlarını təhlil ediblər. İştirakçılar çirklənmə səviyyəsinin yüksək olduğu Barselona da daxil olmaqla, beş fərqli şəhərdə yaşayırdılar.

Tədqiqatçılar havanı çirkləndirən üç əsas amilin – PM2.5 incə dispersiyalı hissəciklərin, azot dioksidinin və əsasən dizel mühərriklərinin fəaliyyəti nəticəsində yaranan hisin təsirini qiymətləndiriblər.

Əksər oxşar tədqiqatlardan fərqli olaraq, yeni araşdırmada alimlər yalnız çəki ölçməklə kifayətlənməyiblər. İştirakçılara üç dəfə – araşdırmanın əvvəlində, bir il sonra və üç il sonra – DXA densitometriyası tətbiq olunub. Bu üsul piy və əzələ toxumasının miqdarını ayrı-ayrılıqda qiymətləndirməyə, həmçinin piyin bədəndə hansı nahiyələrdə toplandığını dəqiq müəyyən etməyə imkan verir.

Məlum olub ki, daha çirkli havası olan ərazilərdə yaşayan insanlarda zaman keçdikcə bədəndəki piy faizi artır, əzələ kütləsi isə azalır. Xüsusilə, hislə bağlı güclü əlaqə müşahidə olunub. Belə ki, üç il ərzində ən çirkli bölgələrin sakinləri təxminən bir kiloqram əzələ toxuması itiriblər.

Bundan əlavə, tədqiqat ilk dəfə olaraq havanın çirklənməsi ilə daxili orqanları əhatə edən qarın boşluğundakı dərin piyin – visseral piyin toplanması arasında əlaqəni ortaya qoyub. Bu növ piy xüsusilə təhlükəli hesab olunur. Çünki o, xroniki iltihab, diabet və ürək-damar xəstəlikləri riski ilə əlaqələndirilir.

Tədqiqatçıların sözlərinə görə, xırda çirkləndirici hissəciklər qan dövranına daxil olaraq sistemli iltihab yarada bilər. Bu isə maddələr mübadiləsinə və bədəndə piyin paylanmasına təsir göstərir.

Bununla belə, müəlliflər vurğulayırlar ki, bu araşdırma yalnız əlaqəni aşkar edib və hələlik birbaşa səbəb-nəticə münasibətini tam sübut etmir.

Qeyd edək ki, Bakı və Sumqayıt şəhərlərində atmosfer havasında azot-4 oksid və dəm qazının miqdarı dövri olaraq yol verilən qatılıq həddini (YVQH) ötür.

Oxşarxəbərlər

Polkovnik vəfat etdi – FOTO
Hadisə

Polkovnik vəfat etdi – FOTO

11/07/2026 15:29
58
Qobustandakı dəhşətli qəza ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
Hadisə

Qobustandakı dəhşətli qəza ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

11/07/2026 15:02
55
İsmayıllıda fəlakət: 3 ailə evsiz qaldı
Hadisə

İsmayıllıda fəlakət: 3 ailə evsiz qaldı

11/07/2026 13:47
55
Bu ölkədə təbii fəlakət: Sakinlər TƏXLİYYƏ EDİLDİ
Hadisə

Bu ölkədə təbii fəlakət: Sakinlər TƏXLİYYƏ EDİLDİ

11/07/2026 13:35
56
Azərbaycanda məktəbdə YANĞIN
Hadisə

Azərbaycanda məktəbdə YANĞIN

11/07/2026 12:23
52
16 yaşlı yeniyetmənin meyiti tapıldı
Hadisə

16 yaşlı yeniyetmənin meyiti tapıldı

11/07/2026 12:15
55

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İlham Əliyev Şuşanın bu kəndində sakinlərlə görüşdü

İlham Əliyev Şuşanın bu kəndində sakinlərlə görüşdü

11/07/2026 16:45
54
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

11/07/2026 15:34
54
Polkovnik vəfat etdi – FOTO

Polkovnik vəfat etdi – FOTO

11/07/2026 15:29
58
Azərbaycanın yol polisi birinci oldu

Azərbaycanın yol polisi birinci oldu

11/07/2026 15:21
56

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

10/07/2026 09:29
68

Qərbi Azərbaycanın unudulmayan irsi – Qafan qalasının tarixi

Qərbi Azərbaycanın unudulmayan irsi – Qafan qalasının tarixi

09/07/2026 09:47
71

Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

08/07/2026 10:03
78

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

07/07/2026 13:08
71

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.