ABŞ və İsrailin aylarla davam edən hücumlarına baxmayaraq, İran hələ də əhəmiyyətli ballistik raket potensialına malikdir.
Gündəm24.az xəbər verir ki, bu barədə The New York Times qəzeti ABŞ kəşfiyyat məlumatlarına istinadən yazıb.
Məlumata görə, İranın raket istehsalı və buraxılış infrastrukturunun bir hissəsi zərər görsə də, ölkə operativ raket arsenalının və istehsal imkanlarının böyük hissəsini qoruyub saxlaya bilib.
ABŞ rəsmilərinin qiymətləndirməsinə əsasən, Tehran Hörmüz boğazı ətrafındakı buraxılış meydançalarının əksəriyyətinə yenidən çıxış əldə edib.
Nəşr bildirir ki, ABŞ prezidenti Donald Tramp administrasiyasının İranın hərbi gücünün məhv edildiyi ilə bağlı bəyanatlarının əksinə olaraq, Tehran müharibədən əvvəlki raket arsenalının təxminən 70 faizini saxlayıb.
“The New York Times”ın yazdığına görə, İran ölkə üzrə mobil raket buraxılış qurğularının da təxminən 70 faizini qoruyub./KONKRET.az














