Cümə, İyun 26, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA

16/05/2026 12:55
CƏMİYYƏT
51 4
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
70
Baxış sayı
Azərbaycanda sosial müavinətlərin bir hissəsinin əvəzində ailələrə hər uşaq üçün ayrıca “uşaq pulu”nun verilməsi məsələsi yenidən gündəmə gəlib. Belə bir sistemin ölkəmizdə nəzəri cəhətdən mümkünlüyü və beynəlxalq təcrübədəki uğurları cəmiyyətdə maraq doğuran əsas mövzulardan biridir.

Gündəm24.az  xəbər verir ki, məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, hazırda Azərbaycanda uşaqlar üçün müxtəlif sosial müavinətlər mövcut olsa da, bu ödənişlər universal xarakter daşımır:

“Hazırda qüvvədə olan müavinətlər əsasən aşağı gəlirli ailələrə, əlilliyi olan şəxslərə və tənha analara yönəldilib. Lakin bütün ailələrə hər uşaq üçün universal “uşaq pulu”nun verildiyi bir sistemin qurulması daha geniş və əhatəli sosial müdafiəni təmin edə bilər”.

“Maliyyə mənbələri müəyyənləşdirilməlidir”

Ekspert qeyd edib ki, belə bir sistemin tətbiqi ilk növbədə maliyyə mənbələrinin düzgün müəyyənləşdirilməsindən asılıdır. Onun sözlərinə görə, əgər hazırda icra olunan bəzi sosial müavinətlər azaldılarsa və ya ləğv edilərək birbaşa yeni uşaq pulu sisteminə yönəldilərsə, bu layihənin reallaşması tam mümkündür:

“Əgər islahat mövcud pulların yerdəyişməsi hesabına deyil, əlavə maliyyə xərcləri tələb etməklə həyata keçirilərsə, bu, dövlət büdcəsinə əlavə yük fəsadı yaradacaq”.

Universal sistemin üstünlükləri nələrdir?

Akif Nəsirli universal uşaq pulu sisteminin cəmiyyət və iqtisadiyyat üçün bir çox müsbət tərəflərini sadalayıb:

“Vəsaitin bütün ailələrə bərabər şəkildə verilməsi mürəkkəb sənədləşmə rejimini və tərtibat proseslərini aradan qaldırar, işi xeyli sadələşdirər. Bu sistem təkcə aztəminatlı deyil, həm də orta sinif ailələrin büdcəsinə müəyyən dərəcədə kömək olar.

Uşaqlara ayrılan birbaşa vəsait onların təhsil və sağlamlıq imkanlarını artırar ki, bu da gələcəkdə bəşəri kapitalın inkişafına birbaşa təsir edir”.

Mərkəz sədri prosesin iqtisadi çətinliklərinə və risklərinə də diqqət çəkib. O bildirib ki, dövlət büdcəsinin məhdud imkanları fonunda universal uşaq pulu elan edilərsə, bütün tələbləri qarşılamaq üçün hər uşağa düşən məbləğ çox kiçik ola bilər.

Bundan əlavə, adətən az gəlirli ailələrin daha çox uşağa sahib olduğunu xatırladan iqtisadçı, belə bir bərabərpaylı sistemin cəmiyyətdə gəlir bərabərliyini tam təmin etməyəcəyini vurğulayıb.

Ekspertin sözlərinə görə, bəzi xarici ölkələrdə uğurlu nəticə verən bu sistemin Azərbaycanda tətbiqi qeyri-mümkün deyil. Lakin bunun üçün qabaqcadan dəqiq maliyyə hesablamalarının aparılması, sosial tərəflərin ümumi razılığının əldə olunması və ehtiyatlı tənzimləmə mexanizminin qurulması şərtdir.

Oxşarxəbərlər

Yayda ən çox bu məhsullardan zəhərlənirik – XƏBƏRDARLIQ
CƏMİYYƏT

Yayda ən çox bu məhsullardan zəhərlənirik – XƏBƏRDARLIQ

26/06/2026 00:21
52
“Salam, əsgər!” – Video
CƏMİYYƏT

“Salam, əsgər!” – Video

25/06/2026 23:25
53
Sertifikatlaşdırma imtahanında iştirak edən müəllimlərin NƏZƏRİNƏ
CƏMİYYƏT

Sertifikatlaşdırma imtahanında iştirak edən müəllimlərin NƏZƏRİNƏ

25/06/2026 21:47
56
Azərbaycan-Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR
CƏMİYYƏT

Azərbaycan-Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR

25/06/2026 21:47
54
Zibilə atılan o əşya evdə möcüzə yaradır
CƏMİYYƏT

Zibilə atılan o əşya evdə möcüzə yaradır

25/06/2026 21:29
56
Evinin çıxarışı olmayan şəxslərə ŞAD XƏBƏR
CƏMİYYƏT

Evinin çıxarışı olmayan şəxslərə ŞAD XƏBƏR

25/06/2026 20:23
58

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Yayda ən çox bu məhsullardan zəhərlənirik – XƏBƏRDARLIQ

Yayda ən çox bu məhsullardan zəhərlənirik – XƏBƏRDARLIQ

26/06/2026 00:21
52
“Salam, əsgər!” – Video

“Salam, əsgər!” – Video

25/06/2026 23:25
53
İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi – FOTO

İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi – FOTO

25/06/2026 23:19
53
İsrail Prezidentinin olduğu helikopter təcili eniş etdi

İsrail Prezidentinin olduğu helikopter təcili eniş etdi

25/06/2026 23:02
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:18
71

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:17
53

Qərbi Azərbaycanın qəlbində bir yurd – Ağbaba mahalı

Qərbi Azərbaycanın qəlbində bir yurd – Ağbaba mahalı

24/06/2026 11:12
86

Ramiz İsmayılov: “Qərbi Azərbaycana qayıdış hüququ tarixi ədalətin bərpası məsələsidir”

Ramiz İsmayılov: “Qərbi Azərbaycana qayıdış hüququ tarixi ədalətin bərpası məsələsidir”

23/06/2026 13:17
92

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In